Bakıda Həftəsonu
Gəzinti Turları, İncəsənət və Mədəniyyət, Qida, Şərab və Gecə Turları, Alış-veriş və Moda
İstiqamət:
Bakı
Müddət:
3 gün
Əgər işdən yorulmusunuzsa və gündəlik qayğılar tam bir tətil üçün vaxt ayırmağa imkan vermirssə, ancaq dəyişikliyə ehtiyac varsa, bu təklif yalnız sizin üçündür.
Bakıda yaxşı mehmanxanalardan birində qalaraq, zəngin bir ekskursiya proqramı və ölkənin tarixi irsi ilə tanışlıq, həmçinin milli mətbəxin ən yaxşı yeməklərini dadmaq sizi gündəlik qayğılardan uzaqlaşdıracaq və istirahət etməyinizə kömək edəcək.
Gəzinti:
- Bakının mərkəzi küçələrində gecə gəzintisi
- Bakının ən hündür yerində - Dağüstü Parkdan şəhərin möhtəşəm mənzərəsi
- Dənizkənarı Bulvar, Kiçik Venesiya, və Bayraq Meydanı
- Heydər Əliyev Mərkəzi
- Heydər Məscidi
- Fontanlar Bağı
Gəzinti:
• İçərişəhər və ya Qədim Şəhər – bu tarix və memarlıq qoruğuna Şirvanşahlar Sarayı, Sınıq Qala minarəsi, Orta Əsrlərə aid Meydan, İçəriçəhər Arxeoloji Muzeyi, Seyid Yəhya Bakuvi mavzoleyi, karvansaraylar, Mollaxana, müxtəlif məscidlər, mədrəsələr, hamamlar, Bakı Xanlarının evi və 19-cu əsrlərə aid müxtəlif mənzillər.
• Minyatür Kitablar Muzeyi - kiçik və mikro kitabların nəhəng kolleksiyası
• Dağüstü Park - Bakının heyranedici mənzərəsi
•Alov Qüllələri - 2012-ci ildə başa çatmış bu üç göydələndən ibarət kpmpleks Bakının rəmzlərindən birinə çevrilmişdir. Dizaynda alovların yerdən yuxarıya doğru qalxması əks etdirilib. Alov, enerji və əbədiliyi təmsil edir və qədim ibadət elementi hesab olunur.
• Şəhidlər Xiyabanı- bu ərazidə Azərbaycanın azadlığı uğrunda, həm 20 Yanvar faciəsi, həm də Qarabağ döyüşlərində şəhid olan insanların məzarları yerləşir.
• Milli Park/Bulvar - dünyanın ikinci ən uzun bulvarı, şəhərin sakinləri və qonaqları üçün gözəl istirahət yeridir.
• Bayraq Meydanı - Burada yerləşən 162 m uzunluğunda bayraq dirəyi 2010-cu ildə inşa ediləndə dünyanın ən hündür bayraq dirəyi hesab olunurdu.
• Xalça Muzeyi - 2014-cü ildə tikilmiş bu muzeydə Azərbaycanın ən böyük xalça kolleksiyası nümayiş olunur. Dizaynı isə bükülmüş xalça şəklindədir.
• Beynəlxalq Muğam Mərkəzi - Bu muğam mərkəzinin yaradılmasında əsas məqsəd dünyaya muğamı tanıtmaqdır. Muğam YUNESKO-nun qeyri-maddi irsinə daxil edilmişdir. 7500 kv.m-lik bina Azərbaycanın qədim musiqi alətlərindən biri olan Tar formasındadır. 3 mərtəbəli binada 350 yerlik konsert zalı, klub, sinif otağı, səsyazma studiyası, 80 yerlik "Ud" restoranı fəaliyyət göstərir.
• Fontanlar Bağı - Gəzəyənlər üçün çox populyar ərazidə həm də Nizami Adına Ədəbiyyat Muzeyi də yerləşir.
• Hökümət Evi - Bakının Sovet dövründən qalan ən möhtəşəm binası hesab olunur.
Otel: 5* Rich Hotel (və ya daha yaxşı alternativ)
Qeyd: Yuxarı sezonda mümkün qədər əvvəl sifariş etmək məsləhətdir. Formula 1, Novruz Bayramı, Avropa Liqasının finalı və ya digər yüksək səviyyəli tədbirlər zamanı qiymətlər dəyişə bilər.