Şərtlər və tələblər

İSTİFADƏÇİ üçün “Lets Go” fasiləsiz sərnişindaşıma xidmətlərinin təşkili ilə bağlı ümumi şərt və müddəalar

 

Ziya Rəhbərli (İcraçı Direktor, Lets Go) tərəfindən təmsil olunan, Heydər Əliyev prospekti 152, Çinar Plaza, AZ 1029 ünvanında yerləşən, VÖEN nömrəsi: 1404144461, telefon nömrəsi +994502002133  olan “LETS GO” şirkəti (bundan sonra “Lets Go” adlandırılır) www.airport-transfer.services sifariş platforması vasitəsilə sərnişindaşıma xidmətlərini təşkil edir (bundan sonra “ATS” adlandırılır); qeyd olunan xidmətlər taksi, sərnişindaşıma və tur xidmətlərinin LETS GO  (bundan sonra “PROVAYDER” və ya “PROVAYDERLƏR” adlandırılır) platformasında qeydiyyatdan keçmiş müştərilərinə (bundan sonra "İSTİFADƏÇİ" və ya "İSTİFADƏÇİLƏR" adlandırılır) taksi, sərnişindaşıma və tur xidmətlərini təmin edəcəkdir. Burada istifadə olunan “sərnişindaşıma xidmətləri” dedikdə sürücü ilə birlikdə avtomobillər (sifariş sinifləri: Ekonom, Ekonom +, Komfort, Biznes, Biznes+, Retro/klassik, 4x4/SUV, mini furqon, mini avtobus, Premium və avtobus) nəzərdə tutulur.

 

Maddə. 1 Tətbiq sahəsi

Bütün tərəflərə münasibətdə tam şəffaflığın qorunub saxlanması və bütün tərəflərin təklif olunan xidmətlərə etibar etməsi Lets Go üçün son dərəcədə vacib əhəmiyyət kəsb edir. Bu məqsədlə, bu ümumi şərt və müddəalar İSTİFADƏÇİLƏR və Lets Go arasında bütün işgüzar münasibətlər üçün əsas kimi hesab olunur. Bu ATS vasitəsilə sərnişindaşıma ilə bağlı İSTİFADƏÇİLƏRƏ edilən bütün təkliflərə, belə xidmətlərin Lets Go tərəfindən təşkilinə, platforma və ya onun xidmətlərinin istənilən digər istifadəsinə aiddir. PROVAYDERLƏRİN və İSTİFADƏÇİLƏRİN istənilən ümumi şərt və müddəaları, onların tətbiqi açıq şəkildə razılaşdırıldığı halda və Lets Go tərəfindən yazılı razılıq verildikdən sonra müqavilənin tərkib hissəsini təşkil edəcəkdir.

 

Maddə. 2 Müqavilənin mövzusu

PROVAYDERLƏR tərəfindən İSTİFADƏÇİLƏRƏ göstərilən transfer, sərnişindaşıma və tur xidmətləri Lets Go-nun sifariş platforması olan ATS vasitəsilə təşkil olunur. Lets Go PROVAYDERLƏRƏ xidmətlərin ATS üzərindən İSTİFADƏÇİLƏRƏ təqdim edilməsi üçün  imkanlar təklif edir. PROVAYDERLƏR  daşıma və tur xidmətləri təkliflərini, o cümlədən mövcud potensial, nəqliyyat vasitələri, qiymətlər və xidmətlərlə bağlı olan digər müvafiq məlumatları ATS-də yerləşdirir və Lets Go bu xidməti PROVAYDER adından və hesabına İSTİFADƏÇİLƏRƏ təqdim edir. Lets Go-nun təqdim etdiyi ATS vasitəsilə İSTİFADƏÇİLƏR mövcud nəqliyyat vasitələri və daşıma haqqında məlumatı axtara və bu platforma vasitəsilə onları sifariş edə bilərlər. Lets Go bu halda sərnişindaşıma və tur xidmətləri ilə bağlı PROVAYDER və İSTİFADƏÇİ arasında vasitəçi kimi çıxış edir. Belə sərnişindaşıma məqsədləri üçün yaradılan işgüzar münasibətlər yalnız PROVAYDER və İSTİFADƏÇİ arasında mövcuddur.

 

Maddə. 3 Müqavilənin bağlanması, Müqaviləyə düzəlişlər

Maddə. 3.1 Taksi, sərnişindaşıma və turizm şirkətləri tərəfindən göstərilən sərnişindaşıma və tur xidmətlərinin təşkili

PROVAYDER qismində taksi, sərnişindaşıma və turizm şirkətləri tərəfindən göstərilən sərnişindaşımalar ilə bağlı, Lets Go müstəsna olaraq belə PROVAYDERLƏR üçün sifarişlərin edilməsi ilə bağlı vasitəçi kimi çıxış edir və PROVAYDERLƏRİN adından ATS-də onların xidmət təkliflərini təqdim edir. İSTİFADƏÇİLƏR ATS-də münasib daşıma xidmətlərini axtarır və tapdıqdan sonra belə xidmətləri seçir. Daha sonra Lets Go İSTİFADƏÇİNİN müraciətini müvafiq PROVAYDERƏ, yəni seçilmiş xidmət provayderinə ötürür. İSTİFADƏÇİ sorğunun tamamlanmasından sonra Lets Go-dan sifariş üçün ilkin, hüquqi öhdəlik yaratmayan təsdiq əldə edir. Sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün müqavilə yalnız işin PROVAYDER tərəfindən qəbul edilməsindən sonra bağlanır. Müqavilə müstəsna olaraq İSTİFADƏÇİ və seçilmiş PROVAYDER arasında bağlanır. Müqavilənin bağlanması Lets Go-nun PROVAYDERİN adından İSTİFADƏÇİYƏ göndərilən sifarişin öhdəlik yaradan təsdiqi vasitəsilə sənədləşdirilir. Sərnişindaşıma xidməti PROVAYDER tərəfindən təmin edilir. Sərnişindaşıma xidmətinin haqqı PROVAYDER və İSTİFADƏÇİ arasında müqavilə və qanuni şərtlər əsasında (məsələn, taksi haqqı) hesablanır. Lets Go müqavilə əsasında PROVAYDERİN adından  İSTİFADƏÇİ üçün sərnişindaşıma xidmətləri ilə bağlı hesabların idarə olunmasını həyata keçirə bilər.

 

Maddə. 4 Qiymətlər, haqlar və ödəmə şərtləri

 (1) Lets Go PROVAYDER üçün və onun adından İSTİFADƏÇİYƏ müxtəlif qiymətlərə əsaslanan xidmət standartları ilə ayrı-ayrı sifariş növləri təmin etmək hüququnu özündə saxlayır.

 (2) Sifariş növləri minik avtomobilləri üçün mövcuddur (Ekonom, ekonom+, komfort, biznes, biznes+, retro/klassik, 4x4/SUV, minivan, mikroavtobus, premium və avtobus). Ayrı- ayrı sifariş növləri nəqliyyat vasitəsinin kateqoriyasına, gözləmə vaxtına və göstərilən xidmətə (xüsusilə, içkilər, WİFİ, avtomobildə qəzetlər və s.) görə dəyişir.

 

Maddə. 5 Elektron ödəniş

(1) Lets Go elektron kredit kartı ilə ödəniş sistemindən və digər elektron ödəniş metodlarından istifadə edir. Lets Go kredit kartı detallarını və nağdsız ödənişləri idarə edən nüfuzlu provayderlə işləyir. Lets Go İSTİFADƏÇİLƏRİN ödəmə məlumatlarını saxlamır. 

(2) İSTİFADƏÇİ tərəfindən sifariş verildikdən sonra Lets Go ödəniş provayderi vasitəsilə İSTİFADƏÇİNİN kredit kartındakı ödənişin məbləğini bloklayır və ödəniş provayderi, İSTİFADƏÇİNİN müvafiq PROVAYDER vasitəsilə öz səfərini başa çatdırmasından sonra razılaşdırılmış məbləği İSTİFADƏÇİNİN hesabından tutur. 

(3) Tutulan məbləğ sərnişindaşıma və tur xidmətləri üçün müəyyən edilən sabit qiymət üstəgəl yuxarıda qeyd olunan hər hansı dəyişikliklər nəticəsində tətbiq olunan hər hansı əlavə ödənişlər əsasında tutulur (xüsusilə, marşrut məsrəfləri, gözləmə vaxtı və s. daxil olmaqla). 

 

Maddə. 6 Lets Go-nun hüquq və öhdəlikləri

 

Maddə. 6.1 Borcun toplanmasının idarə edilməsi

(1) PROVAYDERLƏR ilə fərdi müqavilələrin bağlanmasına görə, Lets Go PROVAYDERLƏR tərəfindən göstərilən sərnişindaşıma xidmətləri əsasında İSTİFADƏÇİYƏ qarşı hər bir və bütün iddialara sahibliyi əldə edir və müvafiq ödənişlərin öz adından və öz hesabına toplanması hüququna malikdir.

(2) Lets Go PROVAYDER tərəfindən bildirilən məbləğ əsasında toplanmış haqqın alınmasını 5-ci maddədə müəyyən edilən qaydada ödəniş xidməti provayderi vasitəsi ilə İSTİFADƏÇİNİN kredit kartından tutmaqla (və ya, müvafiq olarsa, digər ödəmə metodları vasitəsilə) həyata keçirir. Bütün haqq və ödənişlərə qanunla müəyyən edilən əlavə dəyər vergisi daxil edilir.

 

Maddə. 7 İSTİFADƏÇİNİN hüquq və öhdəlikləri

(1) Hər bir İSTİFADƏÇİNİN ATS-də qeydiyyatı ona Lets Go tərəfindən təqdim edilən texniki resurslardan istifadə hüququnu verir.

(2) Qeydiyyatın effektiv olması üçün İSTİFADƏÇİ tələb olunan qaydada öz məlumatlarını təqdim edir. Bura məsələn, İSTİFADƏÇİNİN tam adının, ünvan məlumatlarının, telefon nömrəsinin qeydiyyat ekranına daxil edilməsi aiddir. Bu məlumatlar məxfi hesab olunur və hər hansı üçüncü tərəflərə açıqlanmır. Digər detallar ATS-in Məxfilik Bəyannaməsində müəyyən edilmişdir.

(3) İSTİFADƏÇİDƏN Lets Go-in tələblərindən asılı olaraq istənilən vaxt öz həqiqi və tam şəxsi məlumatlarını bildirmək və belə məlumatları saxlamaq və yeniləmək tələb olunur.

(4) Bundan əlavə, İSTİFADƏÇİ ATS-dən elə istifadə etməlidir ki, onda hər hansı zədələnmə, həddən artıq yüklənmə və ya ziyan baş verməsin və platformanın məqsədlərinə heç bir təhdid yaranmasın və xələl gətirilməsin. İSTİFADƏÇİ ATS tərəfindən edilən təhlükəsizlik tədbirlərinə nə özü, nə də hər hansı üçüncü tərəflər vasitəsilə düzəliş etməyəcək və ya onlara xələl gətirməyəcəkdir.

(5) ATS-də təqdim edilən proqram təminatı və xidmətlərin bütün hüquqları Lets Go-da qalır. İSTİFADƏÇİ ona təqdim edilən proqram təminatının nüsxəsini çıxarmır, dəyişdirmir, təkrar layihələndirmir və ya yaymır.

(6) İSTİFADƏÇİ öz adını və şifrəsini təhlükəsiz yerdə saxlayır və onları üçüncü tərəflərə açıqlamır və ya üçüncü tərəflərin ATS-ə girişinə imkan vermir. İSTİFADƏÇİ öz hesabının məxfiliyi və təhlükəsizliyi üçün tam məsuliyyət daşıyır. İSTİFADƏÇİ üçüncü şəxslər tərəfindən hər hansı icazəsiz istifadə halı baş verdikdə dərhal Lets Go-ya məlumat verir.

(7) İSTİFADƏÇİ Lets Go tərəfindən təşkil edilən xidmətlərin bir hissəsi olan PROVAYDERLƏR ilə hər hansı müqavilələr bağladıqda Lets Go-dan yan keçməməyi öhdəsinə götürür.

(8) İSTİFADƏÇİ gecikmə baş verdiyi hallarda, sərnişindaşıma işi ləğv edildikdə və ya sürücü gecikdikdə və ya təyin olunan yerdə olmadıqda gecikmədən və dərhal Lets Go-ya məlumat verməlidir.

(9) İSTİFADƏÇİ sifarişin təsdiqində verilən məlumatların onun sifariş verən zaman daxil etdiyi məlumatlarla uyğunluğunun yoxlanılması və hər hansı uyğunsuzluqlar barədə Lets Go-ya məlumat verilməsi üçün məsuliyyət daşıyır.

(10) Digər tərəflərin İSTİFADƏÇİYƏ ötürülmüş və ya məlum olmuş şəxsi məlumatları (xüsusilə, sürücünün əlaqə məlumatları) İSTİFADƏÇİ tərəfindən yalnız ATS- in məqsədləri nəzərə alınmaqla və belə məqsədlər üçün istifadə olunmalıdır və prosesə aidiyyəti olmayan hər hansı üçüncü tərəflərə ötürülməməlidir. İstənilən digər qaydada istifadə yalnız ona razılıq verildiyi təqdirdə qüvvəyə minmiş hesab olunur.

(11) Əgər İSTİFADƏÇİ öz öhdəliklərini yerinə yetirmirsə, Lets Go həmin İSTİFADƏÇİNİ fərdi və ya bütün ATS funksiyalarından müvəqqəti olaraq, və ya əgər ağır pozuntu halı baş veribsə, o zaman ATS-dən sui-istifadənin qarşısını almaq üçün daimi olaraq çıxarmaq hüququna malikdir.

 

Maddə. 8 Reytinq sistemi

(1) Hər bir səfərdən sonra, İSTİFADƏÇİDƏN sürücünü və nəqliyyat vasitəsini qiymətləndirmək xahiş olunur. Bu qiymətləndirmə (reytinq) anonimdir və yalnız keyfiyyətin və müştəri məmnuniyyətinin artırılması məqsədini daşıyır.

(2) PROVAYDERİN xidmət keyfiyyəti sərnişindaşıma şirkətləri üçün nəzərdə tutulan ulduz sistemi ilə əks olunur. Sifarişçi reytinqinə əlavə olaraq, ulduz sistemi nəqliyyat vasitəsinin avadanlıqları və aksessuarları kimi digər keyfiyyət göstəricilərinə əsaslanır.

 

 

Maddə. 9 Maddi məsuliyyət, zərərin ödənilməsi

(1) Məhsulun keyfiyyət öhdəliyi haqqında qanun çərçivəsində maddi məsuliyyət istisna olmaqla və həyat, bədən və sağlamlıq xəsarətlərinə görə Lets Go-nun maddi məsuliyyəti aşağıda göstərilən qaydada məhdudlaşdırılır və ya istisna olunur:

Səhlənkarlıq hallarında Lets Go-nun maddi məsuliyyəti qabaqcadan görülə bilən zərərlərə görə kompensasiya ilə məhdudlaşır. Lakin, kiçik səhlənkarlıq zamanı Lets Go yalnız müqavilənin lazımınca icrası, xüsusilə, sifariş platformasından  hər iki tərəfin marağına uyğun kommersiya şərtləri daxilində istifadə üçün ilkin şərt olan və icrasına İSTİFADƏÇİNİN etibar edəcəyi hər hansı öhdəliyin pozulması halında maddi məsuliyyət daşıyır.  

(2) Yuxarıda qeyd edilən məhdudiyyətlər həmçinin, əgər hər hansı iddia birbaşa ona qarşı yönəldikdə, Lets Go-nun qanuni nümayəndələrinə və öhdəliklərinin icrası üçün Lets Go tərəfindən cəlb olunmuş şəxslərə də şamil edilir.

(3) Bundan əlavə, Lets Go ona ötürülmüş, Lets Go tərəfindən vaxtında və dəyişiklik edilmədən göndərilmiş məlumatların dəqiqliyi və tamlığına görə, belə məlumatların PROVAYDER, müvafiq hallarda İSTİFADƏÇİ tərəfindən vaxtında qəbul edilməsinə görə hər hansı məsuliyyəti üzərinə götürmür. Lets Go İSTİFADƏÇİ tərəfindən məlumatların itirilməsinə görə maddi məsuliyyət daşımır, çünki məlumatların mütəmadi və düzgün qaydada ehtiyat nüsxədə saxlanması üçün İSTİFADƏÇİ məsuliyyət daşıyır.

(4) Lets Go İSTİFADƏÇİ və ya hər hansı üçüncü şəxslər tərəfindən yaranan gecikmələrə görə heç bir məsuliyyət daşımır.

 

Maddə. 10 Digər məsələlər

(1)  Azərbaycan qanunları tətbiq olunur.

(2)  Mülki iddia halları baş verdikdə İSTİFADƏÇİ və ya PROVAYDER fiziki və ya hüquqi şəxs olduqda, mübahisələrin Bakı şəhərində həll edilməsi razılşadırılır. Eyni halda, İSTİFADƏÇİ və ya PROVAYDERİ ilə müqavilə bağlandıqdan sonra qeydə alınmış ofisinin və ya daimi yaşayış yerinin kənarda olması yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tətbiq ediləcəyi ərazidən kənara çıxması hallarında və bilinmiyən məsələlərin başlanğıcında da bu razılaşdırılır.

 (3) Əgər bu standart şərt və müddəalar tənzimlənməsi tələb olunan hər hansı halı əhatə etmirsə, o zaman əlavə olaraq qanunvericiliyin müddəaları və ya tətbiq olunan qaydada, əvvəlki məhkəmə qərarları əsasında işlənib hazırlanmış prinsiplər tətbiq olunur. Bu standart şərt və müddəaların hər hansı müddəasının səmərəsizliyi bütün sənədin qüvvədən düşməsi ilə nəticələnməyəcəkdir.

 

Maddə. 11 ATS Dəstəyi

 (1) İSTİFADƏÇİ və PROVAYDER və ya onun sürücüsü arasında hər hansı çətinlik və ya problem yaranarsa, İSTİFADƏÇİ bu vəziyyət barədə aşağıdakı elektron poçt vasitəsilə Lets Go-ya məlumat verməlidir: [email protected]

 (2) Əgər İSTİFADƏÇİ LETS GO proqram təminatından istifadə zamanı hər hansı problemlə üzləşərsə, yardım üçün aşağıdakı elektron poçt ünvanına müraciət edə bilər: [email protected]


Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin