Azərbaycanda tur paketlər

Heyranedici Quba və Qolf turu

6.9 Yaxşı
15 rəy

Aktiv Turlar, Təbiət Turları

İstiqamət: Quba
Müddət: 11 saat

Heyranedici Quba və Qolf turu Heyranedici Quba və Qolf turu Heyranedici Quba və Qolf turu Heyranedici Quba və Qolf turu Heyranedici Quba və Qolf turu Heyranedici Quba və Qolf turu Heyranedici Quba və Qolf turu

Tur haqqında

Quba - Azərbaycanın ən böyük şəhərlərindən biridir. Yaşı ilk orta əsrlərə gedib çıxan Qubanın tarixi haqqında qədim alban və ərəb mənbələrində, Avropanın müxtəlif coğrafiyaşünaslarının əsərlərində bu və ya digər şəkildə bəhs olunmuşdur. Quba şəhərinin ilk təməl daşı XIV əsrdə qoyulmuşdur. Şəhər Bakının şimalından 170 km məsafədə, görkəmli dağlıq ərazilərdə yerləşir. Quba şəhəri, 18-ci əsrin ortalarında qurulan Quba xanlığının paytaxtı idi. Qafqaz dağlarının bir hissəsi olan Quba yaşıl təbiəti, meşələri və dağlıq əraziləri ilə cəlbedici mənzərələr yaradır. Yerli dağların möhtəşəm gözəlliyi Aleksandr Duma, rus yazıçısı Bestuzev-Marlinski, Norveçli Tor Heerdal və başqaları kimi tanınmış insanlar tərəfindən tərifə layiq görülmüşdü. Qubanın simvolları Azərbaycanın xaricində məşhur olan alma ağacları və gözəl Quba xalçalarıdır.

Memarlıq abidələrindən Ağbil türbələri (XVI əsr), Alpan kəndində Subaba türbəsi (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xınalıq kəndində bürc, Qudyalçay üzərindəki Tağlı körpü və s. mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində IX əsrə aid Atəşpərəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Gümbəzli hamam vardır. Bundan başqa Rustov kəndində "Ələmu" adlı qala və tarixi məscid vardır.

Beynəlxalq standartlara cavab verən, xüsusi Qolf Dizaynı olan Milli Azərbaycan Qolf Klubu ölkəmizin ilk qolf ərazisi hesab edilir. Beynəlxalq Qolf Dizaynı və "Total Golf Construction" tərəfindən hazırlanan ərazi, Qafqaz dağları üzərində yerləşərək möhtəşəm görünüşlərdən zövq almaq üçün ideal bir məkandır. Dəniz və dağlar arasındakı vadidə yerləşən 18 dəlikli düzənlik, alma bağlarından və füsunkar bir çəmənlikdən keçərək ərazinin təbii xüsusiyyətləri haqda təssəvvür yaradır.


Tur proqramı

09:00 - Quba şəhərinə transfer - Gözəl mənzərəli meşə yolu və Qəçrəş kəndi - Təngəaltı kəndi yaxınlığında yerləşən Vəlvələçay sahilləri - Möhtəşəm Kanyon və Qudyalçay sularının keçdiyi qədim Tağlı körpüsü - Fətəlixan Abidəsi və yəhudilərin məskunlaşdığı Qırmızı Qəsəbə - Quba şəhər mərkəzinin ən maraqlı və görməli yerləri ilə tanışlıq 

13:00 - Yerli restoranlardan birində nahar fasiləsi. Bizim bələdçi sizə dadlı və bahalı olmayan yerləri təklif edəcək 

14:00 - Quba Palace Qolf Klubuna gəliş - Qolf oynama saatı 

17:00 - Bakıya yola düşmək

19:00 - Bakıya çatmaq və Şam yeməyi 

20:00 - Otelə qayıdış

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Qiymətlər 20% aşağı

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Peşəkar qolf oyunçuların ləvazımatı üçün( 18 dəlikli meydança,qrin-fi,qolf maşını,qolf ayaqqabları)
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Quba Qolf Klubunun sağlamlıq mərkəzindən pulsuz istifadə
Meyvə və su

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin