Əsrarəngiz Bakı gecə turu və Yanardağ möcüzəsi
Gəzinti Turları, Qida, Şərab və Gecə Turları
İstiqamət:
Bakı, Yanardağ
Müddət:
4 saat
Bakı dünyanın ən gözəl gecə şəhərlərindən biri sayılır. "Bakı şəhərinin Əsrarəngiz Gecə Turu" - adlı möhtəşəm proqram ərzində şəhərin inanılmaz dərəcədə gözəl və möhtəşəm görüntüsünün şahidi olacaqsınız.
"Yanar dağ" abidəsi özünün indiki vəziyyəti ilə unikaldır, təbii olduğu üçün tayı-bərabəri yoxdur, elə bu baxımdan da, o həqiqətən ümumbəşəri dəyərə malikdir. "Yanar dağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanar dağ aiddir.
Yanardağ Bakıdan 25 km şimalda Məhəmmədi kəndində yerləşir.
16:00 - Turun başlanması. Yanardağa ziyarət
18:00 - “Əsrarəngiz Bakı gecə turu” başlayır Tur marşrutu boyunca, ziyarət edəcəyiniz və görəcəyiniz yerlər: - Bakı dəniz limanı, Dağüstü Park - şəhərin ən yüksək nöqtəsindən Bakının panoramik mənzərəsinə baxış - Kiçik Venesiya - Bayraq Meydanı - Dünyanın ən yüksək bayraqlarından biri ilə tanışlıq - Alov Qüllələri - Bakı Bulvarı (Dənizkənarı Park) - Hökumət evi - Heydər Əliyev Mərkəzi - memar Zaha Hadid tərəfindən hazırlanmış 619 min kvadrat metrlik kompleks - Dövlət Filarmoniyası - Muğam Mərkəzi - Xalça Muzeyi
20:00 - Otelə qayıdış