Azərbaycanda tur paketlər

Retro Maşınlarla Zamanda Səyahət

9.3 Möhtəşəm
13 rəy

Gəzinti Turları, Retro, İncəsənət və Mədəniyyət, Lüks və xüsusi günlər üçün Turlar

İstiqamət: Bakı, İçərişəhər
Müddət: 6 saat

Retro Maşınlarla Zamanda Səyahət Retro Maşınlarla Zamanda Səyahət Retro Maşınlarla Zamanda Səyahət Retro Maşınlarla Zamanda Səyahət Retro Maşınlarla Zamanda Səyahət

Tur haqqında

Bu turda siz Şərq və Avropa mədəniyyətinin vəhdətini retro avtomobillərdə gəzərək görəcək və İçərişəhərdən keçdiyiniz zaman fərqli dövrlərə səyahət etmiş olacaqsınız. Siz Şərq və Avropa mədəniyyətlərinin inanılmaz vəhdətinə şahidlik edəcəksiniz. "Odlar Yurdu" kimi tanınan Azərbaycan, bu möhtəşəm tur zamanı sizi valeh edəcək. Sivilizasiyaların kəsişməsində yerləşən Bakı şəhəri, onların ən yaxşı xüsusiyyətlərini özündə əks etdirir: antik saraylar, lüks karvansaraylar, böyük göydələnlərin yanında çoxlu dükanlar. Qafqazın zərifliyini bizimlə birlikdə kəşf edin. Müasir Bakı Azərbaycanın ən böyük mədəni və sənaye mərkəzidir, ən çox ziyarət edilən şəhərlərdən biridir. Burada siz çox sayda möhtəşəm memarlıq abidələri, muzeylər, məbədlər, məscidlər, mədəniyyət abidələri, saraylar və qədim binalar görəcəksiniz. Bu bənzərsiz tur sizə keçmişin qapıların açacaq və ölkənin gözəlliyi ilə sizi tanış edəcək.


Tur proqramı

10:00 - Ekskursiyanın başlanğıcı - Bakının müasir hissəsinin əsas magistral yollarından, küçələrindən və prospektlərindən keçid - memarlıq binaları, teatrları, muzeyləri, meydanları, heykəltəraşlıq abidələri və XIX-XX əsrin abidələri ilə tanışlıq - Fəxri Xiyaban və Şəhidlər Xiyabanı - Bakı Dağüstü Park və şəhərin inanılmaz panoramik mənzərəsi 

13:00 - Nahar fasiləsi 

14:00 - Şəhərin orta əsr tarixinə aid olan "İçəri Şəhər" turu - Qala divarları (XV-XVI əsrlər) -"Cümə" məscidi (XIX əsr) - "Qız Qalası" (VII-XII əsrlər) - Orta əsrlərin hamamı və Bazar meydanı (XV - XVI əsrlər) - Karvansaray kompleksi (XIV - XVI əsrlər) - Xalça, suvenir və sənət əşyaları satılan antik mağazalar -"Şirvanşahlar Sarayı" (XII-XV əsr) - Dənizkənarı Bulvar və Dövlət Bayrağı Meydanı Aşağıda sadalanan yerlərin yanından keçəcəksiniz: - Fəvvarələr meydanı - Alov Qüllələri - Hökumət evi - Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid tərəfindən dizayn edilmişdir) - Dövlət Filarmoniyası - Muğam Mərkəzi - Kiçik Venesiya şəhərciyi - Xalça Muzeyi  

16:00 - Otelə qayıdış

Qeyd:

- retro maşınlarla səyahət 2-3 saat olacaq, qalan vaxtı başqa maşınlarla və piyada olacaq

-  retro maşınların qiymətləri fərqlənir, zəhmət olmasa bizlə dəqiqləşdirin turu almamışdan qabaq

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Retro Maşınlar

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin