Azərbaycanda tur paketlər

Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri

9.3 Möhtəşəm
103 rəy

Gəzinti Turları, İncəsənət və Mədəniyyət

İstiqamət: İçəri şəhər, Abşeron
Müddət: 8 saat

Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri Möcüzəli İçəri Şəhər və Abşeronun Mirvariləri

Tur haqqında

YUNESKO-nun Dünya İrs Incilərindən biri olan "İçəri şəhər" Azərbaycanın unikal tarixi hissəsidir və Bakının mərkəzində yerləşir. Sizlər qədim İçəri şəhərin ən məşhur yerlərini kəşf edərək bu turdan böyük zövq alacaqsınız. Bakının nadir tarixi abidələri olan Qız Qalası, Şirvanşahlar Sarayı, Divanxana, Məscid və Minarələr, Karvansaraylar sizin yaddaşınızda dərin iz buraxacaq. Onun divаrlаrı аrаsındа sаnкi кеçmişə qаyıdаrаq, о dövrün səsini duyacaqsınız. "Mədəni qаtlаrdа" şəhərsаlmа ənənələrini izlədiкdə burada sənət еşqilə yаşаyıb-yаrаdаn insаnlаrın ürəк çırpıntılаrını еşidəcəksiniz.

Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.

Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçısı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gələrək, ibadət edənlərə baxıblar. Mendeleyev hətta həyat yoldaşına yazdığı məktubda indiyədək belə bir məbəd görmədiyini etiraf etmişdi. 1888-ci ildə “Atəşgah”a ailəsi ilə birlikdə gələn rus çarı III Aleksandr da indiyədək ikinci belə bir məbəd tanımadığını deyib.

"Abşeron" Tur proqramının əsas istiqamətlərindən biri olan "Yanardağ" abidəsi özünün indiki vəziyyəti ilə unikaldır, təbii olduğu üçün tayı-bərabəri yoxdur, elə bu baxımdan da, o həqiqətən ümumbəşəri dəyərə malikdir. "Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.


Tur proqramı

10:00 - Ekskursiyanın başlanğıcı - Şəhərin qədim hissəsi olan "İçəri Şəhər"də gəzinti - Qala divarları (XV-XVI əsrlər) - "Cümə" məscidi (XIX əsr) - "Qız Qalası" (VII-XII əsrlər) - Orta əsrlərə aid olan Hamam və Bazar meydanı (XV - XVI əsrlər); - Karvansaray kompleksi (XIV-XVI əsrlər) - Xalça, suvenir, sənət əşyaları satılan antik mağazalar ilə tanışlıq - "Şirvanşahlar Sarayı" (XII-XV əsr) 

13:00 - Nahar fasiləsi 

14:00 - Atəşgah Məbədi 

16:30 - Yanardağ

18:00 - Otelə qayıdış

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin