Azərbaycanda tur paketlər

Bakı Atçılıq və Atıcılıq turu

7.0 Əla
11 rəy

Aktiv Turlar

İstiqamət: Bakı
Müddət: 7 saat

Bakı Atçılıq və Atıcılıq turu Bakı Atçılıq və Atıcılıq turu Bakı Atçılıq və Atıcılıq turu Bakı Atçılıq və Atıcılıq turu Bakı Atçılıq və Atıcılıq turu Bakı Atçılıq və Atıcılıq turu Bakı Atçılıq və Atıcılıq turu

Tur haqqında

Azərbaycanda atçılıqla qədim zamanlardan məşğul olmuşlar. Tapılan arxeoloji materiallar söyləməyə əsas verir ki, hələ Tunc dövrünün son mərhələsində Azərbaycanın ərazisində yaşayan insanlar burada atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B.A. Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhliləşdirmə ocaqlarından olduğunu göstərir.

Rus alimi İ.İ.Kalugin Azərbaycan atlarının tarixinin eramızın I əsrinə gedib çıxdığı qənaətindədir. Digər rus alimi K.P.Boçkaryov onları İran və Parfiya atlarının nəsli hesab edir. Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır. Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli "Zaman" adlı kəhər bağışlamışdır.

Binə Atçılıq Mərkəzi

Mərkəz atçılıq sevənlərin bu idmanla məşğul olması üçün bütün imkanları təklif edir. Belə ki, atçılığın hər hansı növü üzrə peşəkar məşğul olmaq istəyənlər və bu idman növünü özünə “hobby” seçənlər üçün ən əlverişli məkan “Elite Horse and Polo Club”-dur.

26 hektar sahəsi olan klubda atlarla tanış olmaq, at çapmaq, mini golf, polo oyunu oynamaq mümkündür. Bu sizə fiziki və mənəvi rahatlıq, yaxşı əhval ruhiyyə və pozitiv emosiyalar bəxş edəcək. Elite Horse and Polo Clubda at gəzintiləri ilin istənilən vaxtı aktualdır. Burdakı atlar yaşından, cinsindən, statusundan və fiziki vəziyyətindən asılı olmayaraq hamıya uyğundur. Həmçinin, uşaqların əyləncəsi üçün “PONI-CLUB” da mövcuddur. Klubun ərazisində at idmanı üçün ləvazimatlar satılan mağaza, menyusunda sərinləşdirici içkilər, salatlar, müxtəlif çərəzlər, meyvələr və dondurma olan "fast-fud" kafe, alkoqolsuz kokteyllərin 100 növünü təklif edən kafe “vitamin-barı” mövcuddur.

Bakı Atıcılıq Mərkəzi

2015-ci ilin martın 9-da fəaliyyətə başlamışdır. Bu mərkəz Avropanın ən böyük atıcılıq komplekslərindən biridir və Bakının Biləcəri qəsəbəsində yerləşir. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadrat metrdən çoxdur. Mərkəzdə 10, 25, 50 və 300 metr məsafələrində atıcılıq yarışları keçirilə bilər. Stend atıcılığı sahəsində 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var.

Doqquz ildən artıqdır ki, Azərbaycanda, atıcılığın inkişafı məqsədi ilə Stend Atıcılıq Kompleksi fəaliyyət göstərir, burada peşəkar atıcılar və adi həvəskarlar öz məşqlərini keçirirlər.


Tur proqramı

10:00 - Bakı Atıcılıq Mərkəzinə transfer 

13:00 - Nahar fasiləsi 

14:00 - Binə Atçılıq Klubuna transfer 

17:30 - Otelə qayıdış

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Peşəkar şəxsi sürücü
Meyvə və su
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə
Məşğuliyyətlər

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin