Azərbaycanda tur paketlər

Quba və Bakı turu

9.9 Möhtəşəm
14 rəy

Gəzinti Turları, İncəsənət və Mədəniyyət, Qida, Şərab və Gecə Turları, Alış-veriş və Moda, Təbiət Turları

İstiqamət: Quba-Bakı
Müddət: 7 gün

Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu Quba və Bakı turu

Tur haqqında

Quba və Bakı dünyanın hər yerindən turistləri cəlb edən, tarixi abidələr və müasir memarlığın unikal birləşməsi ilə ən populyar Azərbaycan kurortlarındandır.

Quba heyrətamiz təbii gözəllikləri, gözəl mənzərəli meşələri, dik kanyonları, çayları, gölləri və şəlalələri, eləcə də orta əsr binaları, qədim məscidlər, mədəniyyəti və gündəlik həyatı ilə məşhurdur. Digər tərəfdən, müasir Bakı da səyahətçilərin diqqətini birinci dərəcəli istirahət mərkəzləri ilə cəlb edir.

Təqdim olunan tur çərçivəsində, siz şəhərlərin zəngin tarixi ilə tanış olacaq, mədəni irs və müasirliyin ən təsirli sahələrini görəcək, ən məşhur yerləri ziyarət edib, peşəkar masajist və kosmetoloqların əlində istirahət edəcəksiniz. Siz həmçinin milli mətbəximizin müxtəlif yeməklərinin unikal dadından da həzz alacaqsınız.

Ekskursiya proqramları maraqlı faktlar və görməli yerlərlə doludur. Bizim tarix, coğrafiya, incəsənət, mədəniyyət sahələrində böyük biliklərə və zəngin iş təcrübəsinə sahib olan professional bələdçimiz sizə bir çox maraqlı məlumatlar verəcək.


Tur proqramı

  • Qubada otelə transfer
  • Nahar fasiləsi
  • Otelə çatmaq
  • Asudə vaxt
  • Şam yeməyi
  • Oteldə gecələmə

  • Oteldə səhər yeməyi
  • Quba ekskursiyası
  • Nahar fasiləsi
  • Cümə Məscidi
  • Qədim Quba
  • Quba Tarix muzeyi
  • Çənlibel gölü
  • Xınalıq turu (hava şəraitindən asılı olaraq)
  • Otelə qayıdış
  • Şam yeməyi
  • Asudə vaxt
  • Bakıda gecələmə

Gəzinti:

- Quba - Azərbaycanın ən böyük şəhərlərindən biridir. Şəhər Bakının şimalından 170 km məsafədə, cazibədar yamacların üzərində yerləşir. Keçmişdə XVIII əsrin ortalarında qurulan Quba xanlığının paytaxtı idi. Quba, yaşıl təbiəti, Qafqaz dağlarının bir hissəsi olan qeyri-adi dağlıq ərazilər və işıq saçan meşələri ilə olduqca gözəldir. Yerli dağların tayı-bərabəri olmayan gözəlliyi Aleksandr Dumanın atası, rus yazıçısı Bestuzev-Marlinskini, Norveçli səyyah Tur Heyerdalı və başqa tanınmış insanları heyran etmişdir. Gözəl Quba xalçaları Qubanın simvoludur.

- Xınalıq - Dəniz səviyyəsindən 2000 m-dən artıq məsafədə, Quba rayonunun təcrid olunmuş ərazilərində  yerləşən Xınalıq kəndi turistlərin ən çox ziyarət etdiyi yerlərdən sayılır. Dünyada ən qədim yaşayış yerlərindən olan Xınalıq, 5000 ildən çox bir vaxtı əhatə edən bir tarixə malikdir. Xınalığın memarlıq və mədəni unikallığını qorumağının əsas səbəbi yüksək hündürlükdə və uzaqlıqda olduğuna görə bir çox işğaldan xilas olmasıdır.


  • Otelin restoranında səhər yeməyi
  • Nahar fasiləsi
  • Asudə vaxt
  • Şam yeməyi
  • Otelə qayıdış

  • Otel restoranında səhər yeməyi
  • Oteldən çıxış
  • Bakıya transfer
  • Otellə təmin olunma
  • Nahar fasiləsi
  • Asudə vaxt
  • «Bakı Gecəsi turu» ekskursiyası
  • Otelə qayıdış

 

Gəzinti: 

- Şəhərin əsas görməli yerləri. 

- Şəhərin və Bakı buxtasının "Bakı Dağüstü Parkı" nın ən yüksək nöqtəsindən panoraması. 

- Dənizkənarı Bulvar, Kiçik Venesiya və Bayraq Meydanı. 

- Heydər Əliyev mərkəzi. 

- Heydər məscidi. 

- Şəhər fəvvarələri və digər görməli yerləri.


  • Otel restoranında səhər yeməyi
  • Bakının əsas görməli yerlərinə səyahət
  • Suvenir, xalça, antik mağazalar və yerli əl işləri
  • Şirvanşahlar Sarayı
  • Cümə Məscidi (XIX əsr)
  • Qız Qalası
  • Nizami küçəsi
  • Xalça Muzeyi
  • Nahar fasiləsi
  • Asudə vaxt
  • Bakıda gecələmə

 

Gəzinti:

• İçərişəhər və ya Qədim Şəhər  –  bu tarix və memarlıq qoruğuna Şirvanşahlar Sarayı, Sınıq Qala minarəsi, Orta Əsrlərə aid Meydan, İçəriçəhər Arxeoloji Muzeyi, Seyid Yəhya Bakuvi mavzoleyi, karvansaraylar, Mollaxana, müxtəlif məscidlər, mədrəsələr, hamamlar, Bakı Xanlarının evi və 19-cu əsrlərə aid müxtəlif mənzillər.


• Minyatür Kitablar Muzeyi - kiçik və mikro kitabların nəhəng kolleksiyası  


• Dağüstü Park - Bakının heyranedici mənzərəsi


•Alov Qüllələri - 2012-ci ildə başa çatmış bu üç göydələndən ibarət kpmpleks Bakının rəmzlərindən birinə çevrilmişdir. Dizaynda alovların yerdən yuxarıya doğru qalxması əks etdirilib. Alov, enerji və əbədiliyi təmsil edir və qədim ibadət elementi hesab olunur.


• Şəhidlər Xiyabanı- bu ərazidə Azərbaycanın azadlığı uğrunda, həm 20 Yanvar faciəsi, həm də Qarabağ döyüşlərində şəhid olan insanların məzarları yerləşir.


• Milli Park/Bulvar - dünyanın 2-ci ən uzun bulvarı, şəhərin sakinləri və qonaqları üçün gözəl istirahət yeridir.


• Bayraq Meydanı - Burada yerləşən 162 m uzunluğunda bayraq dirəyi 2010-cu ildə inşa ediləndə dünyanın ən hündür bayraq dirəyi hesab olunurdu. 


• Xalça Muzeyi - 2014-cü ildə tikilmiş bu muzeydə Azərbaycanın ən böyük xalça kolleksiyası nümayiş olunur. Dizaynı isə bükülmüş xalça şəklindədir.  


• Beynəlxalq Muğam Mərkəzi - Bu muğam mərkəzinin yaradılmasında əsas məqsəd dünyaya muğamı tanıtmaqdır. Muğam YUNESKO-nun qeyri-maddi irsinə daxil edilmişdir. 7500 kv.m-lik bina Azərbaycanın qədim musiqi alətlərindən biri olan Tar formasındadır. 3 mərtəbəli binada 350 yerlik konsert zalı, klub, sinif otağı, səsyazma studiyası, 80 yerlik "Ud" restoranı fəaliyyət göstərir. 


• Fontanlar Bağı - Gəzəyənlər üçün çox populyar ərazidə həm də Nizami Adına Ədəbiyyat Muzeyi də yerləşir. 


• Hökümət Evi - Bakının Sovet dövründən qalan ən möhtəşəm binası hesab olunur. 

 


  • Otel restoranında səhər yeməyi
  • Bakının ən yaxşı mərkəzlərində alış-veriş
  • Nahar fasiləsi
  • Asudə vaxt
  • Şam yeməyi
  • Otelə qayıdış

  • Otel restoranında səhər yeməyi
  • Oteldən çıxış
  • Aeroporta transfer

Otellər: 5* Shahdag Hotel Guba (və ya daha yaxşı alternativ), 5* Rich hotel Baku (və ya daha yaxşı alternativ)

Qeyd: Fəal mövsümdə mümkün qədər öncə sifariş etməyi tövsiyə edirik. Zəhmət olmasa, nəzərə alın ki, Formula 1, Novruz Bayramı, Avropa Liqasının finalı və ya digər yüksək səviyyəli tədbirlər zamanı qiymətlər dəyişə bilər.

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Yerləşdirmə
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi
Səhər yeməyi

Qiymətə daxil deyil

Nahar
Viza
Uçuşlar

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin