Əsrarəngiz qədim Qəbələ turu
Gəzinti Turları, Təbiət Turları
İstiqamət:
Qəbələ
Müddət:
2 gün
Qəbələ rayonu indiki rayon mərkəzindən 20 km cənub-qərbdə yerləşən IX əsrdə Qafqaz Albaniyasının paytaxtı olmuş qədim şəhərin adını daşıyır. Qədim Qəbələ dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur.
1959-cu ildən müntəzəm qazıntı aparan Qəbələ arxeoloji ekspedisiyası şəhərin daha qədim və böyük hissəsini aşkara çıxardı və buranın e.ə. IV – b.e. I əsrlərinə aid olduğunu müəyyənləşdirdi. Qəbələ rayonunun ən məşhur tarixi-mədəni abidəsi – eramızın I əsrinə aid yazılı mənbələrdə (Pliniy və b.) adı çəkilən qədim Qəbələ şəhəridir. 1800 ildən çox mövcud olmuş Qəbələ şəhəri 600 il ərzində Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə yerləşir.
Səyahətimizin davamı olaraq Qəbələ regionunun ən gözəl və möhtəşəm guşələrini görəcək, Yeddi Gözəl şəlaləsinin gözəlliyinə, Böyük Qafqaz dağlarının cazibədar panoramasına, Tufandağa heyran qalacaqsınız. Siz həmçinin memarlıq abidələrini, Orta əsr Qəbələ arxeoloji saytlarını ziyarət edəcəksiniz və "Qəbələnd" əyləncə parkında unudulmaz vaxt keçirəcəksiniz.
09:00 - Qəbələ şəhərinə transfer
12:00 - Otelə gəliş
12:30 - Ekskursiya marşrutuna start verilir Qəbələ regionunun mənzərəli ətrafı və təbii irsinin tədqiqi: - Qədim Qafqaz xalqının yadigarı olan Alban-Udin Kilsəsi - Nic kəndində yerləşən, yenidən bərpa edilmiş xristian kilsəsi "Çotari" və qədim "Bulon" - Çuxur - Qəbələ qəsəbəsi yaxınlığında aşkarlanmış arxeoloji qazıntı yerləri - Göydağ və Göyburundağ silsilələri arasında yerləşən Nohurqışlaq su anbarı - Məşhur Yeddi Gözəl şəlaləsi - Həzrə və Bunud yaşayış məntəqələrinin yaxınlığında yerləşən orta əsrlərə aid məbədlərin qalıqları - Alazan Həftəran vadisinin cəlbedici panoraması
14:00 - Nahar fasiləsi
15:00 - Qəbələ şəhərindəki tarixi və mədəni abidələrlə yaxından tanışlıq - Şəhərin yuxarı hissəsində yerləşən Heydər Əliyev adına Konqres Mərkəzi ilə tanışlıq
18:00 - Otelə qayıdış
09:00 - Nohurgöl gölünə ekskursiyanın başlanması - "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq - Qəbələ Atıcılıq Klubu
14:00 - Nahar fasiləsi
15:00 - Qəbələnd - Kiçik “Disneyland” təsəvvürü formalaşdıran ailəvi istirahət mərkəzi 1
17:00 - Bakıya qayıdış
20:00 - Bakıya çatmaq və Şam yeməyi
21:00 - Otelə transfer