Abşeron gəzinti turu və Qədim Qobustan
Gəzinti Turları
İstiqamət:
Abşeron, Qobustan
Müddət:
9 saat
Qobustan Milli Parkı
Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu Mesopotamiyadan daha qədim sayılan Qobustan abidələrindən salın. Bu nadir qoruq Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir.
Qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. Qeyd olunur ki, məşhur Norveç tədqiqatçısı Tur Heyerdal, dünyanın digər alimləri Qobustana səfər edərkən burada gördüklərindən heyranlıqlarını gizlədə bilməyiblər. Qobustanın petroqlifləri müxtəlif dövrlərə aid edilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məhz bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.
Atəşgah
Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.
Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçısı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gələrək, ibadət edənlərə baxıblar. Mendeleyev hətta həyat yoldaşına yazdığı məktubda indiyədək belə bir məbəd görmədiyini etiraf etmişdi. 1888-ci ildə “Atəşgah”a ailəsi ilə birlikdə gələn rus çarı III Aleksandr da indiyədək ikinci belə bir məbəd tanımadığını deyib.
Yanardağ
"Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanar dağ aiddir.
10:00 - Qobustan Milli Parkına yola düşmə Aşağıda sadalanan yerlərlə tanış olacaqsınız: - Böyükdaş dağında qaya rəsimləri, təsvirlər, yazı və piktoqramlar - Neolit dövrünə məxsus məzar daşları - Roman ordusu tərəfindən tərk edilən, Latın əlifbası ilə yazılmış daş plitə - Qobustan ərazisində keçirilən ritual rəqslərdə və mərasimlərdə istifadə edilən qaval daş
13:00 - Nahar fasiləsi
14:00 - Atəşgah
16:30 - Yanardağ
18:00 - Otelə qayıdış