Azərbaycanda tur paketlər

"Ləzzətli Azərbaycan" Kulinariya Turu

9.9 Möhtəşəm
115 rəy

Gəzinti Turları, İncəsənət və Mədəniyyət, Qida, Şərab və Gecə Turları, Təbiət Turları

İstiqamət: Bakı-Qəbələ-Şəki
Müddət: 5 saat

"Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu "Ləzzətli Azərbaycan" Kulinariya Turu

Tur haqqında

Bu turda Bakı və ətrafı, həmçinin Bakı xaricində yerləşən Qəbələ və Şəki kimi əsas turistik sahələri gəzəcəksiniz. Bundan başqa, Azərbaycan mətbəxindən ən dadlı və ikonik yeməklərdən dadacaqsınız.


Tur proqramı

  • Azərbaycana Gəliş + Aeroportda qarşılama
  • Otelə Transfer
  • Bakının görməli yerlərinə səyahət
  • Suvenir, Xalça, və antik mağazalar
  • Şirvanşahlar Sarayı
  • Cümə Məscifi (XIX əsr)
  • Qız Qalası
  • Nizami küçəsi
  • Xalça Muzeyi
  • Nahar Fasiləsi
  • Asudə Vaxt
  • Bakıda gecələmə

 

Gəzinti:

• İçərişəhər və ya Qədim Şəhər  –  bu tarix və memarlıq qoruğuna Şirvanşahlar Sarayı, Sınıq Qala minarəsi, Orta Əsrlərə aid Meydan, İçəriçəhər Arxeoloji Muzeyi, Seyid Yəhya Bakuvi mavzoleyi, karvansaraylar, Mollaxana, müxtəlif məscidlər, mədrəsələr, hamamlar, Bakı Xanlarının evi və 19-cu əsrlərə aid müxtəlif mənzillər.


• Minyatür Kitablar Muzeyi - kiçik və mikro kitabların nəhəng kolleksiyası 


• Dağüstü Park - Bakının heyranedici mənzərəsi


•Alov Qüllələri - 2012-ci ildə başa çatmış bu üç göydələndən ibarət kpmpleks Bakının rəmzlərindən birinə çevrilmişdir. Dizaynda alovların yerdən yuxarıya doğru qalxması əks etdirilib. Alov, enerji və əbədiliyi təmsil edir və qədim ibadət elementi hesab olunur.


• Şəhidlər Xiyabanı- bu ərazidə Azərbaycanın azadlığı uğrunda, həm 20 Yanvar faciəsi, həm də Qarabağ döyüşlərində şəhid olan insanların məzarları yerləşir.


• Milli Park/Bulvar - dünyanın ikinci ən uzun bulvarı, şəhərin sakinləri və qonaqları üçün gözəl istirahət yeridir.


• Bayraq Meydanı - Burada yerləşən 162 m uzunluğunda bayraq dirəyi 2010-cu ildə inşa ediləndə dünyanın ən hündür bayraq dirəyi hesab olunurdu. 


• Xalça Muzeyi - 2014-cü ildə tikilmiş bu muzeydə Azərbaycanın ən böyük xalça kolleksiyası nümayiş olunur. Dizaynı isə bükülmüş xalça şəklindədir.  


• Beynəlxalq Muğam Mərkəzi - Bu muğam mərkəzinin yaradılmasında əsas məqsəd dünyaya muğamı tanıtmaqdır. Muğam YUNESKO-nun qeyri-maddi irsinə daxil edilmişdir. 7500 kv.m-lik bina Azərbaycanın qədim musiqi alətlərindən biri olan Tar formasındadır. 3 mərtəbəli binada 350 yerlik konsert zalı, klub, sinif otağı, səsyazma studiyası, 80 yerlik "Ud" restoranı fəaliyyət göstərir. 


• Fontanlar Bağı - Gəzəyənlər üçün çox populyar ərazidə həm də Nizami Adına Ədəbiyyat Muzeyi də yerləşir. 


• Hökümət Evi - Bakının Sovet dövründən qalan ən möhtəşəm binası hesab olunur. 

 

Yeməklər:

Xoş ovqat gətirəcək çay dəstgahı

Azərbaycanlılar üçün çay istilik, qonaqpərvərlik rəmzidir. Ənənəyə əsasən, qonağın evdən ən azı bir fincan çay içmədən buraxılmasına icazə verilməməlidir.

Azərbaycanda çay yenicə dəmlənmiş və isti halda servis edilir. Adətən parlaq rəngə malikdir və Kristal, yaxud digər stəkan və ya fincanlarda verilir. Azərbaycanlılar adətən ənənəvi armudu stəkan istifadə edirlər. Qonaq olduqda və ya maraqlı söhbət olduqda çay davamlı olaraq verilir. Azərbaycanlılar üçün süd ilə çay içmək o qədər də arzuolunan deyil.


  • Oteldə Səhər yeməyi
  • Heydər Əliyev Mərkəzində foto çəkiliş
  • Nahar Fasiləsi
  • Atəşgah
  • Yanardağ
  • Asudə vaxt
  • Bakıda gecələmə

 

Gəzinti:

• Atəşgah - Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.

Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçısı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gələrək, ibadət edənlərə baxıblar. Mendeleyev hətta həyat yoldaşına yazdığı məktubda indiyədək belə bir məbəd görmədiyini etiraf etmişdi. 1888-ci ildə “Atəşgah”a ailəsi ilə birlikdə gələn rus çarı III Aleksandr da indiyədək ikinci belə bir məbəd tanımadığını deyib.


• Yanardağ - "Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanar dağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanar dağ aiddir.


• Heydər Əliyev Mərkəzi - Dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Binanın layihəsinin müəllifi dünya şöhrətli memar, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Binanın quruluşu - yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir.

 

Yeməklər:

Qutab (2 cür: ətli və ya göyərtili). Qutab əsl Azərbaycan yeməyi olub, qiymə şəkildə qoyun əti, soğan, istiot, duz və nardan ibarət olur. Bundan başqa qutab boranıdan və dəvə ətindən də hazırlanır. Qutablar adətən qatıq və sumaqla verilir. 

Sac - Şam yeməyinə quzu sacı - çox dadlı və xüsusi yolla hazırlanan yemək. 


  • Oteldə səhər yeməyi
  • Qəbələyə Transfer
  • Nahar fasiləsi
  • Nohurgöl
  • Tufandağ
  • Yeddi Gözəl şəlaləsi
  • Şəkiyə çatmaq
  • Asudə vaxt
  • Şəkidə gecələmə

 

Gəzinti:

- Qəbələ regionunun mənzərəli ətrafı və təbii irsinin tədqiqi

- Qədim Qafqaz xalqının yadigarı olan Alban-Udin Kilsəsi - Nic kəndində yerləşən, yenidən bərpa edilmiş xristian kilsəsi "Çotari" və qədim "Bulon" - Çuxur - Qəbələ qəsəbəsi yaxınlığında aşkarlanmış arxeoloji qazıntı yerləri - Göydağ və Göyburundağ silsilələri arasında yerləşən Nohurqışlaq su anbarı

- Məşhur Yeddi Gözəl şəlaləsi və Nohurgöl

- Qəbələ şəhərindəki tarixi və mədəni abidələrlə yaxından tanışlıq. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq 


 

 

Yeməklər:

Quzu kababı və yerli bişirmə təcrübəsi

Azərbaycan plovu (şabalıd və ətlə birlikdə)


  • Oteldə səhər yeməyi
  • Şəki Xan Sarayı
  • Karvansaray
  • Kiş Alban Kilsəsi
  • Muzeylər
  • Nahar fasiləsi
  • Asudə vaxt
  • Şam yeməyi
  • Şəkidə gecələmə

 

Gəzinti: 

- Şəki şəhərinin tarixi və memarlıq abidələri

- Şəhərin orta əsrlərə aid hissəsində qədim evlərin və küçələrin özünəməxsus arxitekturası - Gilehli, Yuxarı Baş, Gəncəli, Dulusçu, Ağvanlar, Köhnə Bazar, Şərbabçı, Bağbanlar, Dodu və s.

- Şəki şəhərinin qorunan və möhkəmləndirilmiş hissəsində muzeylər - "Şəki Qalası": Şəki Xan Sarayı. Əfəndiyev adına muzey

- Şəkixanovların ev muzeyi - Şəki xanlarının 18-ci əsrə aid qış malikanəsi

- Orta əsrlərə aid Aşağı və Yuxarı Karvansaray - XVIII-XIX-cu əsrlərdə bərpa olunub

- VIII-IX-cu əsrlərə aid Gələrsən-Görərsən Qalası 

- Şəki şəhərinin məscidi və minarələri: 19- cu əarlərə aid Cümə məscidi və əhərin mərkəzində mədrəsə ; Qədim Xan məscidi, Yuxarı Karvansaray otelinin yaxınlığında Gülgəri Şiə Məscidi; 19-cu əsrə aid Ömər Əfəndi Məscidi;  Səkkizguşəli Minarələr

- Şəhərin "Şəki qalası" - "Yuxarı Baş" hissəsində  "əl sənətləri evi" və milli  "Şəbəkə" pəncərələrinin istehsalı üçün atelye

- "Yukarı Kəravansaray" otelinin birinci mərtəbəsində və "Kohne Bazar" yaxınlığında sənətkarlıq sexləri. - "Şəki-İpək" yerli ipək kombinatının ipək məhsullarının ixtisaslaşdırılmış mağazası. 

- Şəki şirniyyatlarını dadmaq

- Kiş Alban Kilsəsi

Meals:

Tərəvəz dolması (3 bacı dolması) - badımcan, pomidor və şirin bibər (Əsasən, yay yeməyidir). 

Balıq ləvəngisi


  • Oteldə səhər yeməyi
  • Oteldən çıxış
  • Aeroporta transfer

Otel: 3* Consul Hotel (və ya daha yaxşı alternativ), 3* Issam Hotel (Şəkidə)

Qeyd: Yuxarı sezonda mümkün qədər əvvəl sifariş etmək məsləhətdir. Formula 1, Novruz Bayramı, Avropa Liqasının finalı və ya digər yüksək səviyyəli tədbirlər zamanı qiymətlər dəyişə bilər.

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Nahar
Yerləşdirmə
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi
Səhər yeməyi
Qəlyanaltı və şirniyyatlarla çay süfrəsi

Qiymətə daxil deyil

Viza
Uçuşlar

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin