Bir günlük Unudulmaz Bakı şəhər gəzintisi
Gəzinti Turları, İncəsənət və Mədəniyyət
{_tours_direction_}:
Bakı
{_tours_duration_}:
8 saat
Bir gün davam edəcək Bakı şəhər turunda, siz Şərq və Avropa mədəniyyətlərinin inanılmaz vəhdətinə şahidlik edəcəksiniz. "Odlar Yurdu" kimi tanınan Azərbaycan, bu möhtəşəm tur zamanı sizi valeh edəcək. Sivilizasiyaların kəsişməsində yerləşən Bakı şəhəri, onların ən yaxşı xüsusiyyətlərini özündə əks etdirir: antik saraylar, lüks karvansaraylar, böyük göydələnlərin yanında çoxlu dükanlar. Qafqazın zərifliyini bizimlə birlikdə kəşf edin. Müasir Bakı Azərbaycanın ən böyük mədəni və sənaye mərkəzidir, ən çox ziyarət edilən şəhərlərdən biridir. Burada siz çox sayda möhtəşəm memarlıq abidələri, muzeylər, məbədlər, məscidlər, mədəniyyət abidələri, saraylar və qədim binalar görəcəksiniz. Bu bənzərsiz tur sizə keçmişin qapıların açacaq və ölkənin gözəlliyi ilə sizi tanış edəcək. Günortadan sonra şəhərlə tanış olacaq və inanılmaz şəhərin gözəl işıqları arasında yürüyüş edəcəksiniz. Nadir ekskursiya proqramı unikal faktlar və müxtəlif yerlər ilə doludur. Bizim peşəkar bələdçimiz sənət, tarix, mədəniyyət sahəsində mütəxəssisdir.
10:00 - Ekskursiyanın başlanğıcı - Bakının müasir hissəsinin əsas magistral yollarından, küçələrindən və prospektlərindən keçid - memarlıq binaları, teatrları, muzeyləri, meydanları, heykəltəraşlıq abidələri və XIX-XX əsrin abidələri ilə tanışlıq - Fəxri Xiyaban və Şəhidlər Xiyabanı - Bakı Dağüstü Park və şəhərin inanılmaz panoramik mənzərəsi
13:00 - Nahar fasiləsi
14:00 - Şəhərin orta əsr tarixinə aid olan "İçəri Şəhər" turu - Qala divarları (XV-XVI əsrlər) -"Cümə" məscidi (XIX əsr) - "Qız Qalası" (VII-XII əsrlər) - Orta əsrlərin hamamı və Bazar meydanı (XV - XVI əsrlər) - Karvansaray kompleksi (XIV - XVI əsrlər) - Xalça, suvenir və sənət əşyaları satılan antik mağazalar -"Şirvanşahlar Sarayı" (XII-XV əsr) - Dənizkənarı Bulvar və Dövlət Bayrağı Meydanı Aşağıda sadalanan yerlərin yanından keçəcəksiniz: - Fəvvarələr meydanı - Alov Qüllələri - Hökumət evi - Heydər Əliyev Mərkəzi (memar Zaha Hadid tərəfindən dizayn edilmişdir) - Dövlət Filarmoniyası - Muğam Mərkəzi - Kiçik Venesiya şəhərciyi - Xalça Muzeyi
18:00 - Otelə qayıdış