Azərbaycanda tur paketlər

Bakı Məscidləri

8.9 Əla
98 rəy

Gəzinti Turları, İncəsənət və Mədəniyyət

İstiqamət: Bakı
Müddət: 5 saat

Bakı Məscidləri Bakı Məscidləri Bakı Məscidləri Bakı Məscidləri Bakı Məscidləri Bakı Məscidləri

Tur haqqında

Cümə Məscidi

1899-cu ildə Bаkı milyonçusu, xeyriyyəçi, Hаcı Şeyxəli ağa Dаdаşоv хеyriyyə məqsədi ilə Came məscidinin qalıqlarının yerində tаmаmilə yeni məscid olan Cümə məscidini tikdirmişdir. Məscid Sovet dövründə xalça muzeyi olaraq fəaliyyət göstərmişdir.

1990-cı illərdən məscid olaraq fəaliyyətini bərpa edən Cümə məscidinin kiçik diаmetrli günbəzini, mərkəz hissəsində dörd sütunlа sахlаyаn kvаdrаt fоrmаlı ibаdət zаlı tаmаmlаyır. Binаnın memarlığında Şərq və Аvrоpа klassik mоtivlərindən istifаdə оlunmuşdur. Girişin pоrtаlındа Аzərbаycаn memаrlığının əsаs prinsipləri əks оlunmuşdur: dаş üzrə оymаlаr, gеniş nахış pаlitrаsı, bədii epiqrаfikа və s.

2008-ci ildə tikinti mütəxəssisləri, memarlar və rəssamlar tərəfindən məscid tam bərpa olunmuş, müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır. Məscidin divarlarında naqqaşlar əl ilə ornamentlər işləmiş, Qurani-Kərimdən surələr və İslamda müqəddəs olan 5 Əhli-beyt üzvünün adının ərəbcələrini yazmışlar.

Bibiheybət Məscidi

Azərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən 1990-cı illərdə tikilən Bibiheybət məscidi Şirvanşahlar dövlətinin iyirmi səkkizinci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır.

Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər.

Heydər Məscidi

Son zamanlardakı möhtəşəm memarlıq layihələrindən biri də Şirvan-Abşeronun memarlıq üslubunda Bakıda tikilmiş dörd minarəsi olan Heydər Əliyev məscididir. Heydər məscidi 12 min kvadratmetr sahədə salınıb. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub.

Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.


Tur proqramı

10:00 - Oteldən transfer - İçəri şəhərdə Cümə məscidi 

12:00 - Bibi Heybət məscidi 

13:00 - Nahar fasiləsi 

14:00 - Heydər Məscidi 

15:00 - Otelə qayıdış

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Meyvə və su
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim
Şirkət tərəfindən təqdim olunan hədiyyə
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Meyvə və su
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin