Azərbaycanda tur paketlər

Abşeron Yarımadası Turu - Atəşgah, Qala, Yanardağ

9.4 Möhtəşəm
110 rəy

Gəzinti Turları

İstiqamət: Abşeron, Atəşgah, Qala, Yanardağ
Müddət: 8 saat

Abşeron Yarımadası Turu - Atəşgah, Qala, Yanardağ Abşeron Yarımadası Turu - Atəşgah, Qala, Yanardağ Abşeron Yarımadası Turu - Atəşgah, Qala, Yanardağ Abşeron Yarımadası Turu - Atəşgah, Qala, Yanardağ Abşeron Yarımadası Turu - Atəşgah, Qala, Yanardağ

Tur haqqında

“Atəşgah”

Keçmişin izlərini özündə yaşadan Odlar məbədi - “Atəşgah” Bakının mərkəzindən 30 kilometr aralıda, Abşeron yarımadasının Suraxanı kəndinin cənub-şərq qurtaracağında yerləşir. Müasir Atəşgah XVI-XVII əsrlərdə yerdən təbii çıxan qaz yatağının üstündə inşa edilib. Məbədi Suraxanı sakinlərinin tikdiyi ehtimal olunur. Bütün tarixi mənbələrdə Bakı təbii alovların yandığı Odlar diyarı kimi təqdim olunur və ehtimal olunur ki, bu, Bakı ərazisində bizim eradan əvvələ aid ilk məbəddir.

Fransız yazıçısı Aleksandr Düma, məşhur rus kimyaçısı Mendeleyev, rus rəssamı Qriqori Qaqarin bura gələrək, ibadət edənlərə baxıblar. Mendeleyev hətta həyat yoldaşına yazdığı məktubda indiyədək belə bir məbəd görmədiyini etiraf etmişdi. 1888-ci ildə “Atəşgah”a ailəsi ilə birlikdə gələn rus çarı III Aleksandr da indiyədək ikinci belə bir məbəd tanımadığını deyib.

"Yanardağ"

"Abşeron" Tur proqramının əsas istiqamətlərindən biri olan "Yanardağ" abidəsi özünün indiki vəziyyəti ilə unikaldır, təbii olduğu üçün tayı-bərabəri yoxdur, elə bu baxımdan da, o həqiqətən ümumbəşəri dəyərə malikdir. "Yanardağ” haqqında ilk yazılı mənbə eramızın X əsrinə təsadüf edir. Bizanslı alim Paniyli Pirsk Qafqaz Albaniyası Bakını təsvir edərkən “sualtı qayadan qalxan od”-dan söz açır. Bundan başqa, ərəb alim və səyyahları Əl Məsudi, Əbu Duləf-əl Yənbui, Əl-Farisi Əl-İstəxri, Əbdürəşid-Əl Bakuvi əsərlərində Abşeron yarımadasında olan yanar dağlar haqqında geniş məlumat veriblər. 2007-ci ildə “Yanardağ”ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Qoruğun ərazisi isə 64,55 hektar təşkil edir. Bu əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotursu bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.

"Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi"

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının Xəzər rayonunun ərazisindəki qədim Qala kəndində yaradılmışdır. Muzeyə gələnlər burada Qala kəndinin qədim tarixi ilə tanış olurlar. Dünyanın açıq səma altında yaradılmış nadir muzeyləridən olan Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. canlı olaraq qorunub saxlanılmışdır. 2011-ci ildə Qala Muzey Kompleksinin ərazisində Qala İnformasiya Mərkəzi, Etno-Ekoloji Mərkəz, Əntiq Əşyalar Muzeyi yaradılmışdır.


Tur proqramı

10:00 - Atəşgah ekskursiyanın başlanması 

13:00 - Nahar fasiləsi. Bizim bələdçi münasib qiymətlərə olan yerli mətbəxi sizlərə tövsiyyə edəcək 

14:00 - Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 

16:30 - Yanardağ

18:00 - Otelə qayıdış

Turun başlama tarixi

Sərnişinlər

Cəmi:

Üstünlüklər

Sabit qiymətlər
Asan rezervasiya
24/7 dəstək
Pulsuz ləğv etmə
Etibarlı və peşəkar sürücü
Şəxsi qəza sığortası
Lisenziyalı professional bələdçi
WiFi ilə təchiz olunmuş nəqliyyat vasitələri
Qiymətlər 20% aşağı
Sonrakı tur üçün 5% endirim

Qiymətə daxildir

Transfer
Gəzinti turu
Gəzinti obyektlərinə giriş biletləri və ödəniş
Peşəkar şəxsi sürücü
Kondisioner sistemi ilə təchiz edilmiş nəqliyyat vasitəsi

Qiymətə daxil deyil

Nahar
Yerləşdirmə

Bənzər turlar

Yüklənir...

----

rəy

İstiqamət: --
Müddət: --

-   - -dən başlayaraq

Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin