3* 7 Günlük Azərbaycan Turu
Gəzinti Turları, İncəsənət və Mədəniyyət, Təbiət Turları
İstiqamət:
Bakı-Abşeron-Qobustan-Qəbələ-Şəki-Lahıc
Müddət:
7 gün
Azərbaycana xoş gəldiniz! Bura Odlar Yurdu və Qafqazın incisi, şərq rənglərinin qərb tərəqqisi ilə möhtəşəm birləşdiyi bir yerdir. Azərbaycan özünəməxsus təbiətə, misilsiz mədəniyyətə sahib, adət-ənənələri və incə mətbəxi ilə çoxəsrlik tarixi bir ölkədir; ən incə qastronomların gözləntilərini təmin edəcək bir yer və nəhayət, Qafqaz qonaqpərvərliyi və mehribanlığı ölkəsidir.
Azərbaycan Zaqafqaziyanın (və ya Cənubi Qafqazın) şərqində, Xəzər dənizinin sahilində yerləşir. Azərbaycan qədim mədəniyyət və tarix ölkəsidir. Tarixən Böyük İpək Yolunun bir hissəsi və bir çox xalqların və mədəniyyətlərin geosiyasi, iqtisadi və mədəni maraqlarının qovuşuğunda yerləşən Azərbaycan qədim zamanlardan bəri böyük dahilərin, elm adamlarının, səyyahların və tarixçilərin maraqlarını oyadıb. Azərbaycanda 7500-dən çox təbii, arxeoloji, memarlıq, tarixi və mədəni irsə sahib abidələr mövcuddur.
Qismən vəhşi və səhralı və qismən qədim meşələrin qalıqları ilə örtülmüş Azərbaycan təbiəti hər hansı bir səyahətçi üçün bitməz heyrət doğurur. Azərbaycan florası olduqca zəngindir. Parlaqlığı və zəngin rəngləri sayəsində böyük bir milli xalçanı xatırladır. Azərbaycan ərazisi bir çox çaylar və dağ çayları ilə sıx şəkildə bəzədilib, bəziləri səs-küylü şəlalələr əmələ gətirir və dağlara dərin əks-səda verir.
Bu turda Bakı və ətrafı, həmçinin Qəbələ, Lahıc və Şəki kimi Bakıdan kənarda yerləşən əsas turistik yerləri kəşf edəcəksiniz.
Gəzinti:
• İçərişəhər və ya Qədim Şəhər – bu tarix və memarlıq qoruğuna Şirvanşahlar Sarayı, Sınıq Qala minarəsi, Orta Əsrlərə aid Meydan, İçəriçəhər Arxeoloji Muzeyi, Seyid Yəhya Bakuvi mavzoleyi, karvansaraylar, Mollaxana, müxtəlif məscidlər, mədrəsələr, hamamlar, Bakı Xanlarının evi və 19-cu əsrlərə aid müxtəlif mənzillər.
• Minyatür Kitablar Muzeyi - kiçik və mikro kitabların nəhəng kolleksiyası
• Dağüstü Park - Bakının heyranedici mənzərəsi
•Alov Qüllələri - 2012-ci ildə başa çatmış bu üç göydələndən ibarət kpmpleks Bakının rəmzlərindən birinə çevrilmişdir. Dizaynda alovların yerdən yuxarıya doğru qalxması əks etdirilib. Alov, enerji və əbədiliyi təmsil edir və qədim ibadət elementi hesab olunur.
• Şəhidlər Xiyabanı- bu ərazidə Azərbaycanın azadlığı uğrunda, həm 20 Yanvar faciəsi, həm də Qarabağ döyüşlərində şəhid olan insanların məzarları yerləşir.
• Milli Park/Bulvar - dünyanın ikinci ən uzun bulvarı, şəhərin sakinləri və qonaqları üçün gözəl istirahət yeridir.
• Bayraq Meydanı - Burada yerləşən 162 m uzunluğunda bayraq dirəyi 2010-cu ildə inşa ediləndə dünyanın ən hündür bayraq dirəyi hesab olunurdu.
• Xalça Muzeyi - 2014-cü ildə tikilmiş bu muzeydə Azərbaycanın ən böyük xalça kolleksiyası nümayiş olunur. Dizaynı isə bükülmüş xalça şəklindədir.
• Beynəlxalq Muğam Mərkəzi - Bu muğam mərkəzinin yaradılmasında əsas məqsəd dünyaya muğamı tanıtmaqdır. Muğam YUNESKO-nun qeyri-maddi irsinə daxil edilmişdir. 7500 kv.m-lik bina Azərbaycanın qədim musiqi alətlərindən biri olan Tar formasındadır. 3 mərtəbəli binada 350 yerlik konsert zalı, klub, sinif otağı, səsyazma studiyası, 80 yerlik "Ud" restoranı fəaliyyət göstərir.
• Fontanlar Bağı - Gəzəyənlər üçün çox populyar ərazidə həm də Nizami Adına Ədəbiyyat Muzeyi də yerləşir.
• Hökümət Evi - Bakının Sovet dövründən qalan ən möhtəşəm binası hesab olunur.

Qobustan Milli Parkı- Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək istəyirsinizsə, yolunuzu Mesopotamiyadan daha qədim sayılan Qobustan abidələrindən salın. Bu nadir qoruq Bakıdan 54 kilometr cənubda - Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir.
Qoruq ərazisində 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib. Qeyd olunur ki, məşhur Norveç tədqiqatçısı Tur Heyerdal, dünyanın digər alimləri Qobustana səfər edərkən burada gördüklərindən heyranlıqlarını gizlədə bilməyiblər. Qobustanın petroqlifləri müxtəlif dövrlərə aid edilir. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu 2007-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Məhz bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olmağa imkan tapacaqsınız.
Gəzinti:
- Qəbələ regionunun mənzərəli ətrafı və təbii irsinin tədqiqi
- Qədim Qafqaz xalqının yadigarı olan Alban-Udin Kilsəsi - Nic kəndində yerləşən, yenidən bərpa edilmiş xristian kilsəsi "Çotari" və qədim "Bulon" - Çuxur - Qəbələ qəsəbəsi yaxınlığında aşkarlanmış arxeoloji qazıntı yerləri - Göydağ və Göyburundağ silsilələri arasında yerləşən Nohurqışlaq su anbarı
- Məşhur Yeddi Gözəl şəlaləsi və Nohurgöl
- Qəbələ şəhərindəki tarixi və mədəni abidələrlə yaxından tanışlıq. "Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanışlıq
Gəzinti:
- Şəki şəhərinin tarixi və memarlıq abidələri
- Şəhərin orta əsrlərə aid hissəsində qədim evlərin və küçələrin özünəməxsus arxitekturası - Gilehli, Yuxarı Baş, Gəncəli, Dulusçu, Ağvanlar, Köhnə Bazar, Şərbabçı, Bağbanlar, Dodu və s.
- Şəki şəhərinin qorunan və möhkəmləndirilmiş hissəsində muzeylər - "Şəki Qalası": Şəki Xan Sarayı. Əfəndiyev adına muzey
- Şəkixanovların ev muzeyi - Şəki xanlarının 18-ci əsrə aid qış malikanəsi
- Orta əsrlərə aid Aşağı və Yuxarı Karvansaray - XVIII-XIX-cu əsrlərdə bərpa olunub
- VIII-IX-cu əsrlərə aid Gələrsən-Görərsən Qalası
- Şəki şəhərinin məscidi və minarələri: 19- cu əarlərə aid Cümə məscidi və əhərin mərkəzində mədrəsə ; Qədim Xan məscidi, Yuxarı Karvansaray otelinin yaxınlığında Gülgəri Şiə Məscidi; 19-cu əsrə aid Ömər Əfəndi Məscidi; Səkkizguşəli Minarələr
- Şəhərin "Şəki qalası" - "Yuxarı Baş" hissəsində "əl sənətləri evi" və milli "Şəbəkə" pəncərələrinin istehsalı üçün atelye
- "Yukarı Kəravansaray" otelinin birinci mərtəbəsində və "Kohne Bazar" yaxınlığında sənətkarlıq sexləri. - "Şəki-İpək" yerli ipək kombinatının ipək məhsullarının ixtisaslaşdırılmış mağazası.
- Şəki şirniyyatlarını dadmaq
- Kiş Alban Kilsəsi
Gəzinti:
Lahıc - Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m. hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib.
Lahıc qəsəbəsinin ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Lahıca gələn istər yerli olsun, istərsə də xarici turistlər olsun, bu qədim abidəyə baxmamış buranı tərk etmirlər.
Otellər: 3* Consul Hotel (və ya daha yaxşı alternativ), 3* Issam Hotel (Şəkidə)
Qeyd: Yuxarı sezonda mümkün qədər əvvəl sifariş etmək məsləhətdir. Formula 1, Novruz Bayramı, Avropa Liqasının finalı və ya digər yüksək səviyyəli tədbirlər zamanı qiymətlər dəyişə bilər.