Siz, sadə turist və ya işgüzar qonaq kimi, möcüzəvi Naftalan yağından və “Qalaaltı” sanatoriya otelinin xidmətlərindən həzz ala bilərsiniz
Azərbaycan ildən ilə daha da populyar turizm istiqaməti olaraq sürətlə inkişaf edir. Toxunmaz təbiəti, mineral su mənbələri, qum plyajları, dünyada analoqu olmayan Naftalan müalicəvi neft yatağı, eləcə də unikal qədim memarlığı və möhtəşəm müasir binaları, mətbəxi, mədəniyyət və ənənələri Azərbaycanı Sizə daha da sevdirəcəkdir.
Naftalan nefti-yağı – müalicəvi məqsədlər üçün istifadə olunan Azərbaycanın unikal və nadir neft növüdür. Naftalanın müalicəvi yağı hələ qədim zamanlardan dayaq-hərəkət aparatı, dəri, uroloji və ginekoloji xəstəliklərin müalicəsində istifadə olunan güclü vasitə kimi tanınmışdır. Naftalan yağı müxtəlif oynaq və sümük xəstəliklərini, eləcə də psoriaz, artrit və revmatizm kimi xəstəliklərini yaxşı müalicə edir.
Naftalan kurortu unikal bioloji tərkibinə görə dünyada analoqu olmayan şəfaverici Naftalan yağının sayəsində bütün dünyada məşhurlaşmışdır. Kurort Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən 20 km aralıda, neft yataqları zonasında – Naftalan şəhərində yerləşir.
Naftalana gəldikdə beşulduzlu “Chinar” spa-otelində yerləşməyi tövsiyə edirik. Qalma, müalicə və 3-dəfəlik qidalanma otelin ümumi qiymətinə daxildir. Siz həmçinin qapalı hovuzdan, pulsuz Wi-Fi-dan, restoran və çamaşırxanadan istifadə edə bilərsiniz.
Azərbaycanda olduğunuz zaman mütləq baş çəkməli olduğunuz müalicəvi və rekreasiya kurort kompleksindən biri də Qalaaltı sanatoriyasıdır. Sanatoriya Şabran dağının yamacında, Bakıdan 120 km aralıda yerləşir. Sürücünüz Sizi komfortlu avtomobildə təyinat yerinə aparacaq və yol boyu xidmətinizdə olacaqdır. “Qalaaltı” otelindəki otaqlar plazma televizorlarla, mərkəzi soyutma sistemi, İnternet, peyk televiziyası və telefonla təchiz edilib. Oteldən hovuzu və qədim qalanı görüb, Siz bir anlığa sanki Sinqapura gəldiyinizi zənn edəcəksiniz. Otelin heyəti, xidmət səviyyəsi və təlamları çox valehedicidir. “Qalaaltı”da olarkən mütləq Tibb mərkəzinə baş çəkin. Mərkəz müasir avadanlıq hesabına 350-yə yaxın diaqnostik xidmətlər göstərmək imkanına malikdir (ultrasonoqrafiya, endoskopiya, rentgenoqrafiya, laborator tədqiqatlar). Mərkəzin şüarı – “Uğurlu müalicə düzgün diaqnozdan başlayır”. Diaqnostikanın əsas istiqamətləri: urologiya, kardiologiya, nevrologiya, ginekologiya, proktologiya və sair. Siz “Qalaaltı” kurortundakı mineral suların müalicəvi xassələrinə əsaslanan müxtəlif prosedurlardan keçə bilərsiniz. Bundan əlavə, “Gashalti Health Hotel” Sizə və ailəniz üçün yaxşı seçim olacaqdır. Bu beşulduzlu otelin tərkibinə ən böyük tibb müəssisələri daxildir. Bu otelin tibb mərkəzi ən müasir Avropa avadanlığı ilə təchiz edilib. Eyni zamanda Siz SPA prosedurlarından və masajdan həzz alacaqsınız, və Sizə düzgün müalicə təklif olunacaqdır. Odur ki, əgər Siz əsl tibb xidmətləri axtarışındasınızsa, onda bura Sizə ən uyğun məkan olacaqdır. Tam spektrli müalicə-sağlamlıq xidmətlərinin təklif olunduğu digər məkan “Magic Naftalan” sanatoriyasıdır. Sanatoriyanın yüksəkixtisaslı mütəxəssisləri düzgün diaqnoz qoyur, qonaqlara bütün müayinələrdən keçməyi təklif edirlər. “Magic Naftalan” oteli isə komfortlu şəraitdə yaşamaq üçün bir, iki və üç nəfərlik otaqlar təklif edir.
Sizə peşəkar komandası, məkanları və yüksək tibbi xidməti olan “Qalaaltı”da mənalı istirahət anları yaşatdıracayıq.
Sizi səbirsizliklə “Qalaaltı”da gözləyirik!
Hörmətlə,
«LETS GO»