Əlbəttə ki, Siz də hər kəs kimi, yaraşıqlı və dəbdəbəli geyimə sahib olmaq istərdiniz.. Bu zövqü Sizə yaşatmağı bizə etibar edin, alış-veriş – ilin istənilən vaxtı ən yaxşı terapiyadır. Bir sözlə, bu bir incəsənətdir.
Bakı alış-veriş mərkəzi kimi tanınır, və sözün əsl mənasında, ən məqbul qiymətlərlə arzuladığınız hər bir şeyi Qafqazın ən gözəl şəhərlərindən birində əldə edə bilərsiniz.. Bilirsiniz niyə? Bakıda ildə iki dəfə Shopping Festivalı keçirilir. Festival adətən may və oktyabr aylarının 1-də başlayır və ay ərzində davam edir. Festival Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir və turizmin inkişafında xüsusi rol oynayır. Festivalın özəlliyi ondan ibarətdir ki, festival zamanı həm yerli həm də xarici alış- veriş sevənlər vergilərdən tam olaraq azaddırlar. Baku Shopping Festival-ın keçirildiyi bir aylıq müddət ərzində bütün şəhər beynəlxalq ticarət mərkəzinə çevrilir!
Azərbaycan belə bir festivalın Qafqazda təşkil olunduğu yeganə ölkədir. Festival çərçivəsində biz hər il keçmiş Sovet ölkələrindən, eləcə də Avropa və Yaxın Şərq ölkələrindən qonaqlar qəbul edirik.
Bakıda Gucci, Bulgari, Burberry, Lacoste, Giorgio Armani, Channel, Alexander McQueen, Emilio Pucci, Ralph Lauren, Louis Vuitton, Massimo Dutti, Tiffany & Co, Valentino və s. bu kimi digər məşhur dəbdəbəli butik və mağazalara rast gəlinir.
Bakı həmçinin ticarət mərkəzləri ilə də məşhurdur. Dənizkənarı bulvarda gəzişərkən Siz Port Baku-ya baş çəkib, burada aksessuarlar, geyim, kosmetika, parfümeriya, saatlar və suvenirlərlə bağlı məşhur brendlərə aid istədiyinizi əldə edə bilərsiniz. Bir az da hərəkət etdikdən sonra qarşınıza yaşıl şüşəli Park Bulvar ticarət mərkəzi çıxacaqdır. Bu ticarət mərkəzində müxtəlif kafelərdə oturaraq, gözəl Bakı mənzərəsini seyr etmək üçün ideal məkandır. “Park Bulvar”da həmçinin geyim, çantalar, ayaqqabı və digər yaraşıqlı aksessuarların satıldığı çoxsaylı mağaza və butiklər var.
Təqribən 6 il öncə Bakı şəhərində inşa edilmiş ən mötəbər ticarət mərkəzlərindən biri də 28 Mall-dır. Bu ticarət mərkəzi turizm sahəsində ən məqbul yeniliklərdən biri olmuşdur. 5-mərtəbəli ticarət mərkəzində Zara, Mango, New Yorker, Ideal Perfumery, Next, Pink, Bershka, Swarowski, Yves Rocher kimi məşhur brend mağazaları, eləcə də 4-cü mərtəbədə kafe və restoranlar, 5-ci mərtəbədə isə kinoteatr yerləşir.
Alış-veriş məqsədilə Bakıda olsanız, “Gənclik” metrostansiyasının çıxışında yerləşən “Ganjlik Mall”a baş çəkin. Siz buradakı müxtəlif tərtibatlı mağazalardan heyran olacaqsınız. Gаnjlik Mall-da kişi və qadın geyimindən tutmuş ayaqqabılara, parfümeriya və kosmetikadan aksessuarlar və çantalara, uşaq geyimindən mebel və zərgərlik məmulatlarına qədər hər şey vardır. Yuxarı mərtəbədə kitab mağazası və uşaqlar üçün oyuncaq mağazası fəaliyyət göstərir.
Bundan başqa, İçəri şəhərdəki suvenir mağazasına getməyi unutmayın. Xüsusi hədiyyələrin satıldığı bu mağaza zəngin Azərbaycan mədəniyyətini əks etdirir. Siz həmçinin İçəri şəhərin qədim küçələri ilə gəzə bilərsiniz.
Son olaraq, Siz İçəri şəhərin bilavasitə yaxınlığında yerləşən Fəvvarələr meydanına gəlib, burada Bershka, Zara, Six, Madame Coco, Levi və bu kimi digər məşhur mağazaları tapa bilərsiniz. Siz mağazaların, butik və restoranların yerləşdiyi uzun bir küçəni görəcəksiniz. Fəvvarələr meydanında olarkən həm alış-verişdən həzz ala, həm də dəyərli vaxtınızı xoş və əyləncəli keçirə bilərsiniz.
Və yadda saxlayın! “Xoşbəxtlik pulla alınmaz” deyənlər sadəcə olaraq pulları hansı mağazalarda sərf etmək lazım olduğunu bilməmişlər.:)