Tərkibi 240 qram Əla buğda unu, 60 qram kərə yağı, 80 qram süd, 1 ədəd yumurta, 8 qram maya, 200 qram fındıq, 200 qram şəkər tozu, 4 qram zəfəran, 2 qram vanil, 20 qram baldan ibarətdir. Xəmir 0.5 millimetr qalınlığında yoğrulur, üzərinə yağ çəkilir. Daha sonra tərkib hissədə hazırlanan inqridiyentlər xəmirin üzərinə 3-4 mm qalınlığında səpilir. Bu proses 8-10 lay çəkilənə qədər davam edir. Xəmir romb şəklində kəsilir, üzərinə yumurta, zəfəran və yağ qarışığından ibarət məhlul çəkilir. Daha sonra hər bir romb şəkilli paxlavanın üzərinə qoz ləpəsi yerləşdirilir. 180-200 dərəcə qızmış sobaya qoyulur və 35-40 dəqiqəyə hazır olur. Tam bişməyə 15 dəqiqə qalmış üzərinə bal tökülür. Nuş olsun!
280 qram düyü unu, 420 qram şəkər tozu, 140 qram qabığı soyulmuş qoz, 1 qram limon turşusu, 2 qram keşniş toxumu, 2 qram zəfərandan ibarət tərkib hazırlanır. Xəmir 120 ml suyu düyü ununa qatmaqla hazırlanır, xüsusi formada yayılır və əriştə formasında kəsilir. Soyulmuş qoz keşniş toxumu ilə qarışdırılır və miş qabda olan xəmirin üzərinə səpilir. Əriştə formalı kəsilmiş xəmir hissələri 8 qat üst-üstə düzülür və hər qatın arasına inqriyidentlər qatılır. Son üst qat dairəvi hala salınır, sonuncu qat isə dördbucaq formasına gətirilir və üzərinə zəfəran səpilir. Hər iki tərəf 15-20 dəqiqə kömürdə bişirilir. Üst hissəsinə şəkər tozu, limon turşusu, və 100 ml sudan ibarət qaynar sirop tökülür və siropun təmamilə hopması üçün 8-10 saat gözlənilir. Nuş olsun!
Xəmir üçün: əla buğda unu - 300 qram, duz - 3 qram, 1/2 yumurta; doldurma üçün: badam - 180 qram, dənəvər şəkər - 180 qram, darçın - 3 qram; şərbət üçün: şəkər - 160 qram, bal - 40 qram; səth üçün: yağ - 40 qram, 1/2 yumurta. 1-3 mm qalınınlığında xəmir yoğrulur və yağlanmış qabda yapılır. Üst və ikinci lay yağlanır və hər bir lay 4-5 mm qalınlığında doldurulur. Bu növ paxlava 23 laydan- 18 lay xəmirdən 5 lay isə səthdən ibarət olur. Sobaya yerləşdirilmədən öncə romb şəklində kəsilir və üzərinə yumurta əlavə olunur. Gəncə paxlavası 180-200 dərəcəli sobada 35-40 dəqiqəyə hazır olur. Bişdikdən sonra üzərinə şərbət çəkilir. Nuş olsun!
Əgər siz də bu və digər ləzzətli Azərbaycan təamlarının dadına baxmaq istəyirsinizsə "Ləzzətli Azərbaycan" Kulinariya Turuna qoşulun
Heydər Əliyev pr. 152, "Çinar Plaza"
+994502002133
[email protected]