Bloq

Bakı hava limanından Palçıq vulkanların yerləşdiyi möhtəşəm məkana və Qobustana necə getməli?!

Bakı hava limanından Palçıq vulkanların yerləşdiyi möhtəşəm məkana və Qobustana necə getməli?!

Bilirsinizmi ki, dünyada palçıq vulkanların yarısını məhz Azərbaycanda görmək olar və Azərbaycan palçıq vulkanların ən çox yayıldığı ölkədir? Sizə məlumdurmu ki,   Qobustan tanınmış norveçli arxeoloq və tarixçi Tur Heyerdalın ən xoşladığı yerlərdən biri olmuşdur? Lets-Go.Travel bu maraqlı faktlar barədə danışacaq, Siz bu informasiyadan həzz alacaqsınız!

Siz əvvəlcə Bakı hava limanından palçıq vulkanların yerləşdiyi əraziyə və Qobustana necə getmək lazım olduğunu bilməlisiniz. Bakıya endikdən sonra sürücünüz Sizi hava limanının gözləmə zalında üzərində adınız yazılan lövhəciklə qarşılayacaq və Sizi maşınıza ötürəcəkdir. Lets Go yüksək keyfiyyətli xidmət göstərəcək, avtomobildə olduğunuz zaman Sizə təravətli meyvələrdən ibarət səbət və pulsiz Wi-Fi ilə ipad təklif edəcəkdir. Yolunuz o qədər rahat olacaq ki, Siz təyinat yerinə tez və əngəlsiz çatacağınıza təəccüblənəcəksiniz.

Palçıq vulkanlar və Qobustan Bakının bilavasitə yaxınlığında, şəhərdən təxminən 65 km aralıda yerləşir. Turun müddəti 5 saat təşkil edəcəkdir. Krassovka geyinmək və ayaqları yumaq üçün özünüzlə su götürmək tövsiyə olunur.

Palçıq vulkanlar barədə maraqlı faktlardan biri də ondan ibarətdir ki, bu vulkanlar neft və qaz yataqlarının nəticəsi olmaqla, eyni zamanda isti su, təbii qaz və gil mənbəyidir.

Qobustan Milli Muzeyi Bakıya səfər edərkən 1 nömrəli prioritet olmalıdır – bunu turistlərin özləri bəyan edirlər. Muzey olduqca geniş informasiyaya malikdir. Ağac üzərində qədim işlərin saxlanıldığı mötəbər yer məhz bu muzeydir.

Bilirsinizmi? Qobustan qoruğunda yaşı 5000-40000 il arasında dəyişən 6000-dən çox qravür təsvirlər vardır. Qala üzərindəki şəkillər kolleksiyasına qədim ov, fauna, flora və həyat tərzi fraqmentləri daxildir. Beləliklə, qeyri-adilik və özünəməxsusluq axtırışındasınızsa, onda Qobustan Sizin mütləq baş çəkməli olduğunuz məkandır.

Otel seçimi isə çox sadədir! Siz JW Marriott, Hilton, Four Seasons və ya Baku Boulevard Hotel kimi otellərdə asanlıqla otaq bron edə bilərsiniz. Bu otellər Bakının mərkəzində, dənizkənarı parkın yaxınlığında yerləşir. Sifariş etdiyiniz otel otaqlarının birində olarkən Siz dənizkənarı parkdan əsən Xəzərin yüngül və təravətli havasını hiss edəcəksiniz. Sürücünüz Sizi qarşılayıb otelə çatdırmaqdan məmnun olacaqdır.

Eyni zamanda bir imkanı da nəzərdən keçirin! Siz Bakının mərkəzində yerləşən Qədim şəhərdəki butik-otellərdə də otaq sifariş edə bilərsiniz. Bunlardan biri Qız Qalasının yaxınlığında yerləşən Museum Inn otelidir. Otel geniş çeşidli səhər, şam yeməkləri və yüksək xidmət təklif edir. Həmçinin otağınızdan dənizə gözəl mənzərə açılacaqdır.

Qədim şəhərdə yerləşə biləcəyiniz otellərdən biri də Atropat oteli ola bilər. Qonaqpərvər və mehriban heyət ən yaxşı xidmətləri Sizə təklif edəcəkdir. Otelin yerləşməsini nəzərə alsaq, burada qiymətlər, həqiqətən, cəlbedicidir.

Lets Go səfərinizin möhtəşəm keçəcəyinə zəmanət verir!


Bülletene uğurla üzv olun və bütün yeni xəbərləri əldə edin