Azərbaycanda olarkən Qəbələnin Sizin prioritetlər siyahısında yer alıb-almadığına əmin olun. Paytaxtdan 225 km məsafədə yerləşən bu gözəl rayon istirahət və turizm üçün ideal yerdir. Lets-Go.Travel Sizə möhtəşəm dağ mənzərəsindən, təmiz havadan və dadlı yeməklərdən unudulmaz xatirələr bəxş edəcəkdir.
Ailənizlə Qəbələyə gələrkən, ilk olaraq, sürücümüz Sizi Qəbələnd əyləncə parkına aparacaqdır. Bütün ailə üçün ideal turistik məkan olan “Qəbələnd” Sizə fərqli attraksionlar – hörümçək, fırlanan yelləncəklər, mini-qatar, yelləncək-kəpənəklər, elektromobillər və sair təklif edir. Park il boyu xidmətinizdədir!
Növbəti istiqamət ölkənin ən gözəl məkanlarından biri Yeddi Gözel şəlaləsinədir. Siz məşhur şəlalənin ətrafında fəaliyyət göstərən restoranlarda ləzzətli dəniz məhsullarını dadacaq, bu mötəbər məkanın təmiz və sərin havasını alacaqsınız. Gözəl yaşıl təbiətin qoynunda sanki ruhunuz dincələcək.
Nəzərə alın ki, Azərbaycanda fəaliyyət göstərən hava limanlarından biri də məhz Qəbələdə yerləşir.
Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ beynəlxalq hava limanına 2011-ci ildə beynəlxalq status verilmişdir. Siz və ailəniz Azərbaycana səfərinizi Qəbələ beynəlxalq hava limanından reallaşdırmaq istəsəniz, Lets-Go. Travel burada da Sizə xidmət göstərməyə hazırdır.
Qəbələdə inanılmaz qış kurortunun fəaliyyət göstərdiyini bilirdinizmi? Tufandağ kurortu Qəbələnin şimal hissəsində, şəhərdən 4 km aralıda yerləşir.
Bilin ki, Tufandağ istirahət mərkəzinə getmədən Siz qışın zövqünü, dad və qoxusunu çıxara bilməyəcəksiniz. Tufandağ Winter-Summer Tourism Holiday Complex turizm kompleksi Sizə restoranlar, kafelər, bar, istirahət zonaları, böyüklər və uşaqlar üçün xizək məktəbi və digər xidmətlər təklif edir. Kompleksin ərazisində xizək ləvazimatlarının icarəsi və təmiri üzrə xidmətlər də göstərilir. Kompleksin müsbət cəhətlərindən biri də ondan ibarətdir ki, buradakı kanat xətləri qarın xizək turu üçün kifayət qədər həcmdə yağıb-yağmamasından asılı olmayaraq müstəqil şəkildə işləyirlər, yəni Tufandağ turist kompleksi həm yayda, həm də qışda fəaliyyət göstərir.
Otel seçiminə gəldikdə isə, beşulduzlu dəbdəbəli Qafqaz Riverside Hotel Siz və ailəniz üçün ideal seçim olacaqdır. Oteldə otaqlar və xudmani kotteclər, eləcə də gözəl mənzərə və üslublu restoran var.
Tövsiyə olunan otellərdən biri də Qafqaz Tufandag Mountain Resort Hotel-dir. Geniş və dəbdəbəli otaqları, ləziz səhər yeməyi olan və otaqlarından möhtəşəm mənzərə açılan bu otelin özəlliklərindən biri kanat yolunun birbaşa oteldə dayanmasıdır. Otel yaxınlıqdakı göl isə gözəlliyi ilə sadəcə nəfəs kəsir.
Bu hələ son deyil! Cazibədar təbiət qoynunda yerləşən Qafqaz Thermal & Spa Hotel-ni görməyə tələsin. Xoş istirahətlə yanaşı, qonaqlar bu oteldə həm də isti (thermal) suyun və naftalan neftinin-yağının müalicəvi xassələrindən faydalana biləcəklər.
Siz həmçinin Qəbələnin 4-ulduzlu otellərində də yerləşə bilərsiniz. Qafqaz Karavansaray oteli bunlardan biridir. Buradakı türk hamamı və qapalı hovuz ürəyinizcə olacaq.
Qəbələ haqqında maraqlı faktlardan biri də odur ki, turistlər burada qonaq evləri və otaqlar kirayələyə bilərlər. Qeyd etmək lazımdır ki, Qəbələ Fars körfəsi ölkələridən olan qonaqların ən sevdiyi və ən çox üz tutduğu bölgələrdən biridir.
Turunuzu bizimlə seçərkən Lets-Go.Travel Sizə xüsusi sərfəli qiymətlər təklif etməkdən məmnun olacaqdır! Sürücülərimiz isə Sizi təyinat yerinə təhlükəsiz şəkildə çatdıracaqlar.
Sizi Qəbələdə gözləyirik!
Hörmətlə,
«LETS GO»
Heydər Əliyev pr. 152, "Çinar Plaza"
+994502002133
[email protected]